Məhkəmə qərarları › İş №3(075)-681/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-681/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-681/2021 09.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan, X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 08.12.2021-ci il tarixdə, saat 20:30 radələrində “ot” adlanan narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. Beləliklə də X6 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X15 məhkəmə iclasında izahat verərək göstərdi ki, 08.12.2021-ci il tarixdə, saat 21:40 radələrində YPX inspektoru X8 şəhəri S.Mümtaz küçəsində ** YP *** X13 patrul avtomobilində YPX inspektoru, polis baş serjantı Şahin Şeyixovla birlikdə xidmətdə olarkən Mercedes Benz markalı ** BR *** X13 mikroavtobus işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün nəfəsindən kəskin alkaqol iyi gəldiyi üçün həmin sürücü və yanındakı iki nəfər şəxsin özlərini şübhəli apardıqları üçün həmin şəxsləri birlikdə Şəki ŞRPŞ-nə dəvət etmişlər. ŞRPŞ-də həmin şəxslər həkim narkoloq tərəfindən yoxlanılarkən hər üç şəxsdən alınmış sidik analizindən narkotik vasitələrindən istifadə etmələri aşkar olunmişdur. Bu səbəbdən də X4 barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, 08 dekabr 2021-ci il tarixdə yaxın tanışları Nüsrət və Vüqarla Şəki ərazisində Nüsrətə məxsus ** BR *** X13 Mersedes Benz markalı mikroavtobusla gəzən zaman YPX inspektorları onlara yaxınlaşaraq özlərini təqdim etmişdir. Bildirmişdir ki, Vüqarla o, 08 dekabr 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində “ot” adlanan marexuana tipli narkotik vasitə qəbul etmişlər. Ona narkotik vasitəni Vüqar vermişdir. Vüqar ona narkotik maddəni verəndə narkotik maddə olduğunu bildimişdir və onlar birlikdə narkotik maddə qəbul etmişdirlər. Bundan sonra onları narkoloji dispanserə aparmışlar və yoxlama zamanı narkotik vasitə qəbul etdikləri aşkarlanmışdır. Daha sonra onları Şəki ŞRPŞ-ya gətirmişlər. Etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, əməlinə görə peşmandır və gələcəkdə belə halların baş verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan inzibati araşdırma zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, 08.12.2021-ci il tarixdə, saat 21:40 radələrində Şəki şəhəri ərazisində xidmətdə olarkən Mercedes Benz markalı ** BR *** X13 mikroavtobus işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün nəfəsindən kəskin alkaqol iyi gəldiyi və həmin sürücü və yanındakı iki nəfər şəxsin özlərini şübhəli apardıqları üçün onları birlikdə narkoloji dispanserə dəvət etmişlər. X2 yüngül dərəcəli sərxoş olduğu məlum olmuşdur. Yanında əyləşən iki nəfər şəxsin isə yoxlama zamanı sidiklərində narkotik vasitədən istifadə etdikləri müəyyən olunmuşdur. Həmin şəxslərdən biri X6 olmuşdur. İş materiallarında olan inzibati araşdırma zamanı şahid qismində dindirilmiş X7 da X11 ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan 08 dekabr 2021-ci il tarixli, 368 A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun təsdiq edeilmiş surətindən görünür ki, X1 narkotik vasitə olan marixuana aşkar edilmişdir. İşdə olan 08 dekabr 2021-ci il tarixli ******* nömrəli inzibati tutma haqqında protokoldan görünür ki, X6 08 dekabr 2021-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X6 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu 08 dekabr 2021-ci il tarixdə saat 23:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar