Məhkəmə qərarları › İş №3(075)-684/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-684/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-684/2020 11.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Baltalı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şəki rayonu üzrə İcra şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(075)-83/2017 saylı qərarı ilə təyin edilmiş 500 manat cəriməni (qanunla müəyyən edilmiş əsaslar olmadan) ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 protokolu onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 3(075)-83/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 (beş yüz) manat məbləğində cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şəki Rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödən.'lməsi ondan təiəb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə cərimə borcunu ödəməkdən yayınaraq bugünədək heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun qeydiyyatda olduğu Şəki rayonu, Baltalı kəndində yerləşən ünvanına tərəfimizdən baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərində izahatı alınmış, icra sənədi üzrə cərimə borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu verdiyi izahatlarında borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər, işin hallarına görə və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin hakiminin xx xxxxx 2018-ci il tarixli, 3(075)-441/2018 saylı qərarı 500 manat cərimə edilmişdir. Lakin maddi imkanı olmadığından o, cəriməni ödəyə bilməmişdir. Özü şəkər xəstəsidir. Ancaq bundan sonra cəriməni ödəməyə çalışacaqdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı və Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 160 saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar