Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-687/2021 13.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxx 1995-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 09 dekabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Şəki şəhərində yerləşən X7 yaxınlığında X5 ilə birlikdə ucadan ünvansız nalayiq ifadələr işlətmiş və ona irad bildirən polis əməkdaşının qanuni göstərişinə tabe olmamışdır. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı X3 09 dekabr 2021-ci il tarixdə, saat 18:00 radələrində X7 yaxınlığında xidmətdə olduğu zaman 2 nəfər şəxsin ünvansız ucadan nalayiq işadələr işlətdiyini görüb onlara yaxınlaşmış və onları nizam-iltizama dəvət edərək hərəkətlərinə son qoymalarını bildirmişdir. Lakin həmin şəxslər, onun nizam-iltizama dəvət etməyinə baxmayaraq öz hərəkətlərini qərəzli olaraq davam etdirmişlər. Bundan sonra onlar polis şöbəsinə gətirilmiş və polis şöbəsində həmin şəxslərin Şəki şəhər sakinləri X5 və Şəxs olmaları müəyyən edilmişdir. Buna görə də Şəki ŞRPŞ-da onun barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 09 dekabr 2021-ci il tarixdə qonşuluqda yaşayan dostu X5 ilə birlikdə X4rşısına getmişlər. Bildirmişdir ki, orada bir qızdan xoşu gəldiyi üçün dostunund a onunla getməsini istəmişdir. Saat 17:00 radələrində Kollecin qabağına getmişlər. Saat təxminən 17:30 radələrində tələbələr dərsdən çıxamağa başlamışlar. Onlar orada gözləyən zaman həmin qızın çıxdığını görməmişlər. Bir az vaxt keçdikdən sonra həmin qızın gəldiyini görmüşdür. O, həmin qızın dar küçə ilə qızlardan ayrılıb tək başına getdiyini görmüş və onun arxasınca getmişdir. Qıza yaxınlaşıb ona istəyi olduğunu bildirəndə qız ona istəmədiyini və onu bir daha narahat etməməyini bildirmişdir. O arxaya dönüb qayıtdıqda dostunun da onların arxasınca gəldiyini görmüşdür. O, özünü sakitləşdirmək üçün əsəbi halda öz-özünə ünvansız söyüşlər söyməyə başlamışdır. Dostu nə olduğunu soruşanda o, qızın onu istəmədiyini bildirmişdir. Bu zaman dostuda söyüş söymüşdür. Belə ki, “mənim bəxtim içi belə-belə olsun” və sairə kimi nəlayiq söyüşlər söymüşdür. Bu zaman yaxınlıqda olan 1 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq onlaraq sakit olmaqlarını bildirib, onları nizam-iltizama dəvət etmiş və onun adını soruşmüşdür. Lakin qorxduğundan adını deməmişdir. Bu zaman polis əməkdaşı əlavə əməkdaşlar çağıraraq onu və dostunu polis şöbəsinə aparmışlar. Bu müddət ərzində qaçmamış və hadisə yerindən yayınmamışlar. Bildirmişdir ki, əməlindən peşmandır, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2021-ci il tarixdə qonşuluqda yaşayan dostu Şəxs ilə birlikdə X4rşısına getmişlər. Mirseyid ona bildirmişdir ki, orada bir qızdan xoşu gəldiyi üçün onunda getməsini istəmişdir. Saat 17:00 radələrində Kollecin qabağına getmişlər. Saat təxminən 17:30 radələrində tələbələr dərsdən çıxamağa başlamışlar. Onlar orada gözləyən zaman həmin qızın çıxdığını görməmişlər. Bir az vaxt keçdikdən sonra həmin qızın gəldiyini görmüşlər. Mirseyid qızın dar küçə ilə qızlardan ayrılıb tək başına getdiyini görmüş və onun arxasınca getmişdir. Bir az vaxt keçdikdən sonra o Mirseyidin əsəbi halda ona tərəf söyüş söyərək gəldiyini görmüşdür. Bu zaman ondan nə olduğunu soruşduqda Mirseyid bildirmişdir ki, qız onu istəmir, onu bir daha narahat etməməyini bildirmişdir. Bu zaman o da dostu ilə birlikdə söyüş söyməyə başlamışdır. Bu zaman yaxınlıqda olan 1 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq onlara sakit olmaqlarını bildirmiş, onları nizam-iltizama dəvət etmiş və onların adını soruşmüşdür. Lakin qorxduğundan adlarını deməmişlər. Bu zaman polis əməkdaşı əlavə əməkdaşlar çağıraraq onu və dostunu polis şöbəsinə aparmışlar. Bu müddət ərzində qaçmamış və hadisə yerindən yayınmamışlar. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Belə ki, o, ictimai qayda hesab edilən küçədə ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis leytenantı X1 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-687/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-687/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver