Məhkəmə qərarları › İş №3(075)-687/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-687/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-687/2022 28.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Şəki rayonu, Cuma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlilliyi olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 27 sentyabr 2022-ci il tarixli İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 27 sentyabr 2022-ci il tarixdə Şəki rayonu, Cumakənd kəndi ərazisində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-in İTB-nin sahənin polis nəfəri, polis serjantı Ziya Nağıbəyli, Şəki ŞRPŞ-in İTB-nin sahənin polis nəfəri, polis serjantı Məhərrəm Səmədov və Şəki ŞRPŞ-in İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Famil Səmədovla birlikdə xidmətdə olduqları zaman, Şəki Rayon Məhkəməsinin müvafiq qərarının icrası ilə bağlı ictimai qaydanı qorumaq məqsədilə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Cəsarət Fətəliyev, Şəki rayonu Cuma kənd sakinləri, Şəxs və Yabunət Aslanovanın iştirakı ilə Şəki rayonu Cuma kənd ərazisində olan Yabunət Aslanovaya məxsus torpaq sahəsinin ətrafı açılaraq ona təhvil verilən zaman qarşı tərəf olan Şəxs ora da ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini öz üzərinə çəkməyə çalışmış, icra məmurunun xidməti vəzifəsini yerinə yetirməyə maneçilik yaratmağa çalışmışdır. Polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə nizam-intizama, qanunlara hörmətlə yanaşması izah olunsa da, həmin şəxs öz hərəkətlərini aqressiv şəkildə davam etdirərək polis əməkdaşlarına qarşı kobudluq etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixində saat təxminən 11:30 radələrində kənd ərazisində yerləşən çayxanada domino oynayan zaman kənd İcra Nümayəndəsi Musatafa ona İcra məmurunun və polis əməkdaşlarının gələrək əvvəllər ona məxsus olan pay torpaq sahəsinin bölcüsü ilə əlaqədar torpaq sahəsinin kənarında yerləşən çəpərləri sökməsini bildirmişdir. O, həmin əraziyə getmişdir. Bu zaman icra məmuru ona bildirmişdir ki, məhkəmənin müvafiq qərarının icrası ilə əlaqədar ona əvvəllər məxsus olan torpaq sahəsinin ətrafını sökəcəklər. Bundan sonra torpaq sahəsinin ətrafı sökülmüşdür. Daha sonra həmin əraziyə ona məxsus olan pay torpağını şumlatmaq üçün traktor gətirmişlər. Traktorun şumladığı ərazi məhkəmə qərarına əsasən Yabinət Aslanovaya verilmiş ərazi olmuşdur. Bildirmişdir ki, o, özü həmin 1,55 hektar ərazini şumlayaraq oraya arpa səpmişdir. O, həmin ərazini iyirmi iki il əkib becərmişdir. Yabinətlə aralarında olan torpaq mübahisəsi iki ildir ki, davam edir. Göstərmişdir ki, o, narazı olduğu üçün, həmin ərazinin şumlanmasına etiraz etmiş, maneə yaratmağa çalışmışdır. Əsəbi olduğu üçün ucadan səs küy salmış, icra məmuruna və polis əməkdaşlarına hədə qorxu gələrək Yabunəti öldürməklə hədələmişdir. Polis əməkdaşları və icra məmuru onu dəfələrlə nizam-iltizama dəvət etsələr də, o, əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ümumiyyətlə həmin vaxt baş verənlər onun yadında qalmamışdır. Belə ki, Covid-19 vaksinasiyasından sonra onda yaddaş pozğunluğu yaranmışdır. Daha sonra polis əməkdaşları onu Şəki ŞRPŞ-nin xidməti avtomobilinə mindirmişlər və onu Şəki ŞRPŞ-yə aparmışlar. Polis şöbəsində onun barəsində protokol tərtib edilmişdir. Özü İİ qrup əlildir. Göstərmişdir ki, tələbkar torpağı ona satmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı X4 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə Şəki ŞRPŞin İTB-nin sahənin polis nəfəri, polis serjantı Ziya Nağıbəyli və Şəki ŞRPŞ-in İTB-nin sahənin polis nəfəri, polis serjantı Məhərrəm Səmədovla birlikdə xidmətdə olduqları zaman, Şəki Rayon Məhkəməsinin müvafiq qərarının icrası ilə bağlı ictimai qaydanı qorumaq məqsədilə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Cəsarət Fətəliyev, Şəki rayonu Cuma kənd sakinləri, Şəxs və Yabunət Aslanovanın iştirakı ilə Şəki rayonu Cuma kənd ərazisində olan Yabunət Aslanovaya məxsus torpaq sahəsinin ətrafı açılaraq ona təhvil verilən zaman qarşı tərəf olan Şəxs ora da ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini öz üzərinə çəkməyə çalışaraq icra məmurunun xidməti vəzifəsini yerinə yetirməyə maneçilik yaratmağa çalışmış və mane olmuşdur. Bildirmişdir ki, Şəxs özünü traktorun qarşısına ataraq torpağı şumlanmasına imkan verməyəcəyini bildirmişdir. Qarşı tərəf olan Yabunət Aslanovanın ünvanına nalayiq ifadələr işlətmiş, onun ünvanına nalayiq söyüşlər söymüşdür. Onlar tərəfindən Şəxs dəfələrlə nizam-intizama, qanunlara hörmətlə yanaşmaq izah olunsa da, həmin şəxs öz hərəkətlərini aqressiv şəkildə davam etdirərək onlara qarşı kobudluq etmişdir. Bundan sonra onlar Şəxs Şəki ŞRPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı X1 və Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı X6 şahid X4 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 ifadəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən İsaqov X5 Aslanovaya məxsus torpaq sahəsindən çıxarılmalı, Şəxs tərəfindən həmin torpaq sahəsinə törədilən maneələr aradan qaldırılmalıdır. Onlar bu vaxta kimi məhkəmə qətnaməsini icra edə bilməmişlər. Belə ki, Şəxs həmin torpaq sahəsindən çıxarılsa da, onun tərəfindən Yabunət Aslanovaya törədilən maneələr aradan qaldırılmamışdır. O, dəfələrlə Şəxs məhkəmə qətnaməsinin icra olunmasını izah etsə də, o, buna məhəl qoymamışdır. Bildirmişdir ki, qətnamənin icrası ilə əlaqədar 27 sentyabr 2022-ci il tarixdə o, Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Famil Səmədov və Şəki ŞRPŞ-in İTB-nin sahənin polis nəfəri, polis serjantı Məhərrəm Səmədov və Şəki ŞRPŞ-in İTB-nin sahənin polis nəfəri, polis serjantı Ziya Nağıbəyli ilə birlikdə həmin torpaq sahəsinə getmişlər. Bu zaman iş üzrə tərəf olan Şəxs və Yabunət Aslanova da orada olmuşlar. İlk öncə torpaq sahəsinin ətrafındakı çəpərlər sökülmüş, sonradan torpaq sahəsini şumlamaq üçün tələbkar əraziyə traktor çağırmışdır. Yabunət Aslanovaya məxsus torpaq sahəsinin ətrafı açılaraq ona təhvil verilən zaman qarşı tərəf olan Şəxs ora da ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini öz üzərinə çəkməyə çalışaraq onun xidməti vəzifəsini yerinə yetirməyə maneçilik yaratmışdır. Onun tərəfindən Şəxs məhkəmə qətnaməsinin icrasını yerinə yetirilməsinin dəfələrlə izah olunmasına baxmayaraq, o, məhəl qoymamış, özünü traktorun qarşısına ataraq torpağın şumlanmasına mane olmağa çalışmışdır. Onun və polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə nizam-intizama, qanunlara hörmətlə yanaşması izah olunsa da, həmin şəxs öz hərəkətlərini aqressiv şəkildə davam etdirərək onlara qarşı kobudluq etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş e151036/2022-20-4 saylı sənəddən görünür ki, Şəxs İİ qrup əlil olmaqla 268 manat pensiya alır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Buna gödə də məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar