Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-688/2023 03.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işsiz, İİ qrup əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məmmədov Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş, 03 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov Şəxs 03 avqust 2023-cü il tarixdə keçirilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə zamanı sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, təhqiqat araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yaşayan Məmmədov Şəxs qanunsuz olaraq şəxsi istclılak miqdarından artıq iqdarda narkotik vasitə əldə etməsi, özünə saxlamaqla daşıması və narkotik vasitənin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞRPŞ-nin NMQ-nin əməkdaşları tərəfindən yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Məmmədov Şəxs Şəki şəhərində yerləşən Naqınqala restoranın yaxınlığında dayanmış ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş və sonuncunun üstündə cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağdan edilmiş hər-hansı bir əşya, eləcə də narkotik vasitə olması güman edildiyindən şəxsi axtarış keçirilib barəsində qanuni tədbir görülməsi üçün PŞ-nnin rəhbərliyinə raportla müraciət edilmişdi. Təhqiqat araşdırması zamanı Məmmədov Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan 29 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. İlkin araşdırma zamanı, vətəndaş Şəxs Məmmədovun üzərində əməliyyat-axtarış fəaliyyətinin məlumatlarına əsasən sübut əhəmiyyətinə malik ola biləcək əşyaların, yəni narkotik vasitənin olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun paltarında, əşyalarında və ya bədənində ola biləcək qanunla əldə edilməsi, saxlanılması və gəzdirilməsi qadağan edilmiş əşyanın, yəni narkotik vasitənin aşkar edilərək götürülməsi məqsədi ilə şahidlər və vəkilin iştirakı ilə şübhəli şəxs qismində videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmış, onun üzərindən bənzər gümüşü bükümün içərisində olan narkotik vasitəyə ağ rəngli kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Aşkar olunmuş 1 ədəd gümüşü büküm üzrə məhkəmə-kimyəvi ekspertiza təyin edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 574 saylı rəyindən aydın olur ki, Şəxs Məmədovun üzərindən aşkar edilmiş 1 ədəd gümüşü bükümdə olan ağ rəngli kütlənin çəkisi 0.067 qramdır. Həmin aşkar edilmiş bir ədəd gümüşü bükümün içərisində olan ağ əngli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. iş üzrə bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq təhqiqatın hazırki mərhələsində iş üzrə Şəxs Məmədovun üzərində şəxsi axtarış aparılan zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin, yəni qanunla əldə edilməsi, saxlanılması və gəzdirilməsi qadağan edilmiş əşyanın, yəni psixotrob maddələrin olmasını təsdiq edən bir ədəd gümüşü bükümdə olan ümumi çəkisi 0.067 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, iş üzrə aparılmış araşdırmanın nəticəsindən asılı olaraq şübhəli şəxs Məmmədov Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan etmək üçün kifayətedici əsaslar yoxdur. Hansı ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, mövcud hadisəyə uyğun olaraq aşkar edilmiş psixotrop maddə metamfctaminin çəkisi 0.15 qram olqduqda törədilmiş sayılır. Buna əsasən Azərbaycan Respublikası CPM-nin 153.3-cü maddəsində şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməli olduğu hallar müəyyən edilmişdir. Həmin hallardan biri şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələrin təsdiq edilməməsidir. Şübhələrin təsdiq edilməməsi dedikdə isə iş üzrə toplanmış materialların şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan edilməsi üçün kifayət etməməsi başa düşülməlidir. Belə olan halda araşdırmanın nəticəsindən asılı olaraq şübhəli şəxs Məmmədob Şəxs Akil oğluna Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan etmək mümkün deyildir. Bu səbəbdən də Məmmədov Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, ağrıları olması ilə bağlı narkotik vasitə istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində “Semeşka” restoranın yaxınlığnda avtobus dayanacağında aliminium bükülüdə patı tapmışdır. Həmin narkotik vasitəni götürərək özündə saxlamışdır. xx.xx.2023-cü il tarixində isə Şəki şəhərində yerləşən restoranın qarşısında olan zaman saxlanılaraq PŞ-nə gətirilmişdir. Törətmiş olduğu əməlin səhv olmasını qəbul edir. Əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə dair söz verir. Azyaşlı övladı üçün aliment ödəyir. Özü İİ qrup əlildir. Ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs müdafiəçisi X3 izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs, peşman olmasını, İİ qrup əlili olmasını, himayəsində bir azyaşlı övladı olmadını nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 03 avqust 2023-cü il tarixli, 747 nömrəli protkolundan görünür ki, Məmmədov Şəxs sidiklə müayinə zamanı narkotik vasitə olan “Marixuana” aşkar edilmişdir. İş materiallarında olan 30 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, şəxsin şübhəli şəxs statusundan azad olunması və inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, HK-1/1292 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Məmmədov Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə protokol tərtib olunması məqsədilə materialın Şəki ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Narkoloji Dispanderinin 03 avqust 2023-cü il tarixli, 1286 saylı rəyindən görünür ki, Məmmədov Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan elektron portal məlumatlarından görünür ki, Məmmədov Şəxs 2-ci qrup əlildir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Məmmədov Şəxs 03 avqust 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuş, saat 15:10-da azad edilib, məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə görə Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də Məmmədov Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs İİ qrup əlil olmasını, şəxsiyyətini, əmlak vəziyyətini, himayəsində bir azyaşlı uşağının olmasını və digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Məmmədov Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Məmmədov Şəxs Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Narkoloji kabinetində qeydiyyata alınsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-688/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-688/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver