Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-691/2022 30.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X11, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə 01 iyul 1974-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 iyul 2022-ci il tarixdə, qeyri-rəsmi yaşadığı X2 zərər vurmayan xəsarət yetirməklə qəsdən döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X15 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs şəxsi münasibətlər zəminində qeyri-rəsmi münasibətdə yaşadığ X1 zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Faktla bağlı Şəki ŞRPŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati təsir tədbirlərinin görülməsi üçün, qəbul edilmiş qərar icra edilməsindən ötrü şöbənin İTBnə göndərilmişdir. Protokolu müdafiə edir. Zərərçəkmiş şəxs X12 izahat verərək göstərdi ki, o, təxminən 9 aydır ki, Qurban gilin evində kirayədə qalır. Qurban özü Cəbrayıl rayonunda işləyir. Ayda bir dəfə gəlib evinə baş çəkir. O, Qurbanla qeyri-qanuni ailə münasibətlərində yaşamışdır. Qurban gələndə onun həmişə qulluğunda durmuşdur. Yeməyini bişirmiş, paltarını yumuşdur. xx.xx.2022-ci il tarixdə o işi ilə əlaqədar Baş Layısqı kəndində qayınanası gilə getmişdir. xx.xx.2022-ci il tarixdə Qurban zəng edib evə gəldiyini bildirmiş və yemek hazırlamağını istəmişdir. O, da evə gedib yemək hazırlamış və birlikdə mehribancasına yeməklərini yemişdirlər. Qurban həmin vaxt içkili olmuşdur. Aralarında mübahisə düşmüş və Qurban onu vurmuşdur. Buna baxmayaraq hazırda, o, Şəxs ilə barışmış və ondan heç bir şikayəti yoxdur. Bu barədə ərizəni təqdim etməklə, inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, təxminən 8-9 ay bunnan əvvəl Cebrayılda işləməyə gedən zaman Şəki şəhərində yaşadığı evi X9 icarəyə verib getmişdir. Qayıdan zaman həmin xanımla münasibətləri başlamış və təxminən 3-4 aydır qeyri-rəsmi yaşamağa başlamışlar. Hadisə baş verən gün, o, əsəbiləşib X10 vurmuşdur. X13 DİN-in “102” xidmətinə məlumat verərək şikayət etmiş və onun barəsində qanuni tədbir görülməsi üçün polis şöbəsinə dəvət olunmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışlar. Barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X3 Qurban Şamil oğlunun zərərçəkən şəxslə barışdığını bildirərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs qeyd edilən inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X6 30 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs Şəxs ilə barışmışlar. Hər hansı şikayət və tələbi yoxdur. Beləliklə Şəxsnın qeyd olunan hərəkətləri özünün etiraf izahatı, zərərçəkmiş şəxsin izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi Şəxsnın hazırda təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında yanlız inzibati həbs və inzibati cərimə növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi, zərərçəkmiş şəxs X12 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında barışıq əldə olunmuş, həmçinin bu barədə X12 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilməli, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilsin, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-691/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-691/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver