Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-692/2021 27.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə xx xxxx 1977-ci il tarixdə Şəki rayonu Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəki rayonu Kiş kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 26 iyun 2021-ci il tarixdə Şəki rayonu Kiş kəndi ərazisində müvafiq icazə sənədi olmadan mülki ov silahını daşımışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN-1163394 nömrəli, 12 noyabr 2021-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞnin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DSXSQ-nın N nömrəli hərbi hissəsindən 26.06.2021ci il tarixdə 11-ci sərhəd zastavasının 6-cı sahəsində DSX-dən 20 km aralıda qanunsuz olaraq rejim ərazisində ov fəaliyyəti ilə məşğul olan Şəki rayonu Kiş kənd sakini Şəxs saxlanması, saxlanılarkən ondan bir ədəd 16 çaplı, qoşa lülə (105932-57) nömrəli ov tüfəngi və 15 ədəd patron aşkar olunması barədə Şəki ŞRPŞ-nə material daxil olmuş və həmin material icraatına qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış X9 izahatında 11-ci sərhəd zastavasında 2-ci atıcı qrupunun komandiri vəzifəsində xidmət apardığını, 25.06.2021-ci il tarixdə saat 21 radələrində xidmətdə olan zaman atəş səsləri eşitdiklərini, bu barədə dərhal zastava rəisinə məlumat verdiklərini, saat 23:20 radələrində əsgər Rauf Ağazadə ilə xidməti başa çatdırdıqdan sonra zastavaya qayıdarkən sərhəd zastavasınm xidməti ərazisinin 4-cü sahəsində, yəni Narınqala “körpüsünün yaxınlığına çatanda 3-4 nəfər şübhəli şəxs gördüklərini, onlara dayan əmri verdikdə qaçmağa başladıqlarını, Rauf Ağazadə ilə onların arxasınca getdiklərini, zastavanın xidməti ərazisinə çatanda bir nəfərin saxlandığını gördüklərini, həmin şəxsdən bir ədəd 16 çaplı, qoşa lulə ov tüfəngi və 15 ədəd həmin tüfəngə məxsus patronların aşkar olunduğunu bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X3 və Şəxs izahatlarında X4 izahatında göstərdiyi xüsusatları təsdiq etmişlər. Şəxs aşkar edilərək götürülmüş yivsiz ov silahının sazlığının, atəş açmaq üçün yararlı olub-olmasınm yoxlanılması üçün silah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X8 təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X6 26.07.2021-ci il tarixdə Şəki ŞRPŞ-nə daxil olmuş 17/510 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 16 kalibrli olmaqla, N-105932 №li silah, zavod üsulu ilə hazırlanmış, xarici çaxmaqlı, hamar qoşalülə ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən saz vəziyyətdədir. Beləliklə aparılmış araşdırma nəticəsində Şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd 16 kalibirli olmaqla, N-105932 №li silah qoşa lüləli yivsiz ov silahından hər hansı bir cinayət hadisəsində istifadə edilmədiyi müəyyən edilmişdir. Odur ki, HK-1/1069 nömrəli material üzrə cinayəl işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin, həmin şəxsdən götürülmüş 1 (bir) ədəd 16 kalibrli, “N-105922” №li, qoşa lüləli yivsiz ov tüfəngi, 15 ədəd patronların Şəki ŞRPŞ-nin İTB-nə verilməsi, həmçinin qeyd olunan silahın DİN-nin X11 Baş İdarəsinə təhvil verilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli raportdan görünür ki, Şəki rayonu Kiş kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli aktdan görünür ki, Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsindən icraatına daxil olmuş 12.08.2021-ci il tarixli 189-21814-1121 saylı raportun icrasının nəticəsinə dair 22 avqust 2021-ci il, 30 avqust 2021-ci il, 07 sentyabr 2021-ci il, 15 sentyabr 2021-ci il, 27 sentyabr 2021-ci il, 05 oktyabr 2021-ci il, 18 oktyabr 2021-ci il, 29 oktyabr 2021-ci il və 10 noyabr 2021-ci il tarixli arayışlardan görünür ki, Şəxs yaşadığı ünvanda olduqda qardaşı onun işləmək məqsədilə Bakı şəhərində olmasını bildirmişdir. Vətəndaş Şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılan zaman hal-hazırda Bakı şəhərində işlədiyini və Şəki şəhərinə gələ bilmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş MN-1163394 nömrəli, 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda inzibati xətanın törədildiyi gündən artıq üç ay müddət keçmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şirinov X2 Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətsə də, müddətin keçməsi ilə bağlı, o, inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədə verilə bilər. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar olduqda barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh vermənin müddət axımı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən başlamış olur. Göründüyü kimi, 26 iyul 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarın qəbul edildiyi vaxtdan 3 ay keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarından görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş xətanı törətməsi 26 iyun 2021-ci il tarixdə aşkara çıxmış, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 ay keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi Şəxs 26 iyun 2021-ci il tarixdə Şəki rayonu Kiş kəndi ərazisində müvafiq icazə sənədi olmadan mülki ov silahını daşımışdır. Şəxs 26 iyun 2021-ci il tarixdə aşkar edilərək götürülmüş 1 (bir) ədəd 16 kalibrli, “N-105922” №li, qoşa lüləli yivsiz ov tüfəngi, 15 ədəd patronlar Şəki ŞRPŞ-nin İTB-nə təhvil verilmişdir. Bununla bağlı Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən ibtidai istintaq aparılmışdır. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 26 iyul 2021-ci il tarixdə qəbul etdiyi cinayət işinə xitam verilməsi barədə qərarına əsasən Şəxs barəsində CM-nin 228-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Şəki ŞRPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Lakin Şəxs əməlində inzibati xəta tərkibinin olması barədə inzibati xəta haqqında protokol cinayət işinə xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 26 iyul 2021-ci il tarixdən 03 ay 16 gün sonra, yəni 12 noyabr 2021-ci il tarixdə tərtib edilmiş və tərtib edilmiş həmin protokol 14 dekabr 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə dayandırılır. İş materiallarında Şəxs yerinin müəyyən edilməsinin mümkün olmadığı göstərilsə də, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar işə əlavə edilməmişdir. Göründüyü kimi Şəxs əməlində Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 590.2-ci mаddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olsa da, məhkəmə tərəfindən Şəxs barəsində olan Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 590.2-ci mаddəsi ilə olan inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin inzibati xəta haqqında protokolun tərtib edildiyi 12 noyabr 2021-ci il tarixdən əvvəl başa çatdığı müəyyən edildiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyindən barəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 590.2-ci maddəsi ilə bağlanılmış işin icraatına xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-692/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-692/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver