Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-693/2022 10.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1969-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ünvan 2 ünvanda yaşayan X3 məxsus əmlaka ziyan vurmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol və toplanmış materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhərrayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ünvan 2 ünvanda yaşayan X3 məxsus əmlaka 949.60 manat məbləğndə ziyan vurmuşdur. Protokolu müdafiə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, atası Müslümlə aralarında mülki mübahisə var. Hamin mübahisə zəminində atasına qarşı məhkəmədə iddia qaldırmış və məhkəmənin qərarı ilə atasının mübahisəli evə istifadə hüququ tanınmamışdır. Bundan sonra atası ona məxsus evə daxil olaraq həyətdəki əşyalara ziyan vurmağa başlamışdır. O, atasının bu hərəkətləri ilə bağlı dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda ona məxsus əmlaka 949.60 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsni məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, oğlu Əhmədlə aralarında xeyli müddətdir ki mübahisə var. Həmin mübahisə ilə bağlı mülki qaydada məhkəmədə bir neçə işləri olmuşdur. Oğlu Əhməd ona məxsus əşyalara ziyan vurduğu üçün, o, da xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə evin evin hovuzunu dağıtmış, evin lambirlərini sökmüş, sonra da həyətdəki palma ağacını yandırmışdır. Lakin vurduğu ziyanı aradan qaldırmışdır. Ağac isə hissəvi yanmışdır. Barəsində inzibati tənbeh verilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarına görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, hazırkı material üzrə inzibati tənbeh verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması üçün materialın Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə isə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətməsi əsası ilə MN ******* nömrəli protokol tərtib olunmuşdur. Göründüyü kimi inzibati xəta törətmiş Şəxs inzibati tənbeh verilməsi üçün sonuncu gün xx.xx.2022-ci il tarix olmuşdur. Lakin həmin müddət 7 gün ötürülməklə, yəni xx.xx.2022-ci il tarixdə inzibati protokol və həmin tarixdə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə gödərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-693/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-693/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver