Məhkəmə qərarları › İş №3(075)-694/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-694/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-694/2021 14.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X9 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx xxx 1996-cı ildə Şəki rayonu Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Şəki rayonu Baş Şabalıd kəndinin mərkəz hissəsində polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X14 məhkəmə iclasında izahat verərək göstərdi ki, 21 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Şəki rayonu, Baş Şabalıd kənd sakini X12 həmin gün saat 19:16-da DİN-nin “102" xidmətinə zəng edib həmkəndlisi Tərlanın onu döyüb təhqir etməsi və öldürməklə hədələməsi barədə məlumat vermişdir. Məlumat əsasında hadisə yeri olan Şəki rayonu, Baş Şabalıd kəndinə getmiş xidməti vəzifələrini icra edən hakimiyyət nümayəndələri - Şəki ŞRPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri X4, X7, X18 barəsində şikayət olunan X8 Şəki rayonu, Baş Şabalıd qəndinin mərkəz hissəsində küçədə yaxınlaşıb özlərini təqdim edərək X12 tərəfindən barəsində edilmiş şikayətlə əlaqədar hadisə barədə izahat verməsi üçün onu Şəki ŞRPŞyə dəvət etmişlər. Lakin X3 Ququşovun şikayətinə etiraz edərək sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının söyüş söyməyi dayandırmasını tələb etdikdə buna məhəl qoymayaraq Şəki ŞRPŞ-yə getməyəcəyini və izahat verməyəcəyini bildirib qərəzli olaraq polis əməkdaşlarını da uca səslə nalayiq ifadələrlə təhqir etmiş, polis əməkdaşları onun həmin hərəkətləri dayandırmasını tələb etməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Tərlan Məmmədovun ictimai asayişin və qaydanın pozulmasına səbəb olan qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə onu xidməti avtomobilə əyləşdirmək istəyərkən X23 ŞRPŞ-nin NH-nin sürücüsü, polis başserjantı X1 qolundan dişləməklə, habelə itələməklə zor tətbiq edərək sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirərək müqavimət göstərmiş, həmin vaxt Tərlan Məmmədovun həmkəndliləri X16, X10, Şəxs polis əməkdaşlarının qolundan tutub dartmaqla ona köməyə gəlmiş və nəticədə Tərlan Məmmədov onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən digər oolıs əməkdaşları Ülvi Nəzirlı və Toğrul Mustafazadəni itələyib onlara təpik və yumruq zərbələri ataraq müqavimət gostərib onlardan yayınaraq hadisə yerindən qaçmışdır. Qeyd edilənlərlə bağlı Şəki rayon prokurorluğunda Şəxs barəsində inzibati icraat başlanılması barədə qərar qəbul edilmiş və müvafiq tədbir görülməsi üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Şəki rayonu, Baş Şabalıd kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada işləyib çörək pulu qazanır. Həmkəndlisi Tərlanla münasibətləri yaxşı olmuşdur. Bildirmişdir ki, 21.09.2021-ci il tarixdə saat 20:00 radələrində kəndin mərkəzindəki Rəfailin mağazasının yaxınlığında dayanmışdır. Həmin vaxt polis maşının gəlib Tərlanın adını soruşmuşdur. Həmin vaxt ondan başqa orada Tərlan və 15-20 nəfər şəxs də olmuşdur. Polislərin soruşmasına görə Tərlan özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları Tərlana Tamellanın ondan şikayət etməsini bildirmişlər. Həmin vaxt polislərlə onun arasında 50-60 metr məsafə olmuşdur. Bildirmişdir ki, polis əməkdaşları Tərlana avtomobilə əyləşməsini bildirsələr də o, polis avtomobilinə əyləşməkdən imtina etmişdir. Bundan sonra isə polis əməkdaşları Tərlanın qollarından tutub avtomobilə mindirmək istəmişlər. O da polis əməkdaşlarının Tərlanı tutub aparacaqlarını görüb onu aparmamaqları üçün polislərin yanına gələrək Tərlanın qolundan, həmçinin polislərin qolundan tutaraq dartmağa başlamışdır. Polis əməldaşları ona onların işinə mane olmamasını bildirmişlər. Tərlan maşına minmək istəməmiş və polislər Tərlanı maşina mindirə bilməmişlər. Tərlan onlardan aralanmaq istəyəndə, polis əməkdaşı əli ilə Tərlanın boğaz nahiyəsində tutmuşdur. Lakin o yenidən kənd sakini Nəci ilə birlikdə polislərə yaxınlaşıb polis əməkdaşlarının qolundan tutmuşar ki, Tərlanı buraxsınlar. Lakin buna baxmayaraq polis əməkdaşları Tərlanı buraxmamışlar. Bundan sonra qarışıqlıq yaranmış və necə olduğunu bilməmiş və Tərlan polislərin əlindən çıxıb qaçdığını görmüşdür. Törətmiş olduğu əməlindən peşmandır. Səhvini başa düşür, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, protokol tərtib etmiş şəxsin və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal olduğu göstərilməsə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi və peşmançılıq çəkməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar