Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-696/2025 16.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı leytenantı Yusubov Namiq oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də anbar dolduran vəzifəsində işləyən, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şəki ŞRPŞ-nin polis leytinantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 3(075)-696/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan Şəxs apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 29 dekabr 2025-cı il tarixli, 3(107)-431/2025 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 3(075)-696/2025 nömrəli qərarı qismən ləğv olunmuş, “Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, protokola yenidən baxılması üçün material Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, 3(107)-431/2025 saylı qərarı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfəindən Şəxs saxlanılan zaman polis əməkdaşı onu alkotesterlə yoxlamış və alkotester müayinəsi nəticəsində onda 0,44 promil sərxoşluq aşkar edildiyi bildirilsə də, iş materiallarından həmin müayinənin aparılması müəyyən edilməmiş. Bundan başqa, iş üzrə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı tərəfindən müayinənin aparılıb-aparılmaması, nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edildiyi halda bunu təsdiq edən müvafiq sənədin iş materiallarına əlavə edilməsi müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 08 oktyabr 2025-ci il tarixli 2752 nömrəli Aktdan görünür ki, havanı müayinə edən cihaz vasitəsilə müayinə nəticəsində Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu (aktdan 0,144 və ya 0,44 promil olduğu müəyyən edilmir) aşkar edilmiş, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edildiyi halda bunu təsdiq edən müvafiq sənədin iş materiallarına əlavə edilməsi müəyyən edilməmiş, müayinəni aparan həkimin soyadı, adı, atasının adı və vəzifəsi tam olaraq qeyd edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı Yusubov Namiq oğlu izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:15-də xidmətdə olduğu müddətdə “VOLKSVVAGEN PASSAT” minik markalı 99BZ601 dövlət qeydiyyat nişanlı minik avtomobili saxlatmışlar. Sürücüyə özlərini təqdim edib yoxlayan zaman, həmin avtomobilinin sürücüsündən kəskin spirt qoxusu gəlmişdir. Alkotester vasitəsilə yoxlayan zaman sürücünün sərxoş olduğu müəyyən olunmuşdur. Həmin avtomobil müvəqqəti saxlanma yerinə aparılmış, sürücü isə həkim müayinəsinə aparılmışdır. Həkim komissiyası tərəfindən yoxlanılan zaman sürücünün spirtli içki qəbulu nəticəsində sərxoş olması müəyyən olunmuşdur. Buna görə də sürücünün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 08 oktyabr 2025-ci il tarixdə öz kəndlərində hərəkətdə olan zaman onu YPX-nin əməkdaşları saxlamışlar. Ona bildirmişlər ki, spirtli içki qəbul edib-etmədiyini yoxlayacaqlar. Alkotesterlə yoxlandıqdan sonra ona içkili olduğunu və polis şöəbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində onun sürücülük vəsiqəsini alıb Mİngəçevir şəhərinə aparmışlar. Mingəçevir şəhərində də onu alkotesterlə yoxlamışlar və içkili olduğunu bildirmişlər. O, da qandan analiz götürməyi tələb etmiş, lakin ona bildirmişlər ki, qan analizi Bakı şəhərində götürülür. Bundan sonra o, alkotesterin nəticəsini və protokolu imzalamışdır. O, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayır. O, 07 oktyabr 2025-ci il tarixdə saat 22-23:00 radələrində 0,5 litr pivə içmişdir. O, “Volksvagen Passat” markalı avtomobil idarə etmişdir. Alkotesterin nəticələri ona təqdim edilməmiş, ona bildirilmişdir ki, alkotesterin nəticəsi 0,44 promildir. Onlar Mingəçevir şəhərinə çatanda saat təqribi 12:00 olardı. O, qandan analiz götürməyi tələb etmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. - xx.xx.2025-ci il tarixli Yupiter X markalı alkotester nəticələrinə dair qəbzdən görünür ki, Şəxs alkotesterlə yoxlanılan zaman 0.467 % sərxoşluq aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixli, 2752 saylı sərxoşluq vəziyyəti tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə saat 12.15-də Şəxs müayinə zamanı qanında alkoqolun konsentrasiyası 0,44 promilli olmaqla, o, sərxoş vəziyyətdə olmuşdur. Bundan başqa məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispansrinin 12 fevral tarixli sorğuya cavab məktubunda qeyd oluunmuşdur ki, qeyd olunan müayinəni RND-nin feldşer-narkoloqu X5 tərəfindən aparılmışdır. X1 şəhər Rayonlararası Narkoloji Dispanserə xx.xx.2013- cü il tarixdən 808 saylı əmrlə feldşer narkoloq vəzifəsinə təyin edilmişdir. Feldşerlərin fəaliyyət təlimatının 3-cü maddəsinə əsasən, dispanserdə həkim çatışmazlığı mövcud olduğundan, Polis şöbəsi tərəfindən göndərilən vətəndaşların Narkotik və ya sərxoşluq hallarının müayinə edilməsi dispanserin baş həkimi X2 74-k §1 saylı xx.xx.2022 ci il tarixli daxili əmri ilə dispanserdə çalışan feldşer narkoloqlara eyni zamanda X4 həvalə edilmişdir. Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə spirtli içkilər qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müayinəsi isə, müvafiq sertifikatdan keçirilmiş alkotest aparatı ilə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin innovasiya təhcizat idarəsi tərəfindən təmin olunmuşbu aparat promilli göstərən qəbz təqdim etmir. Müayinə olunan vətəndaşın nəfəsində spirtli içki buxarlarının konsentrasiyası 0.29 promilldnyuxarı olduqda bu sərxoşluq vəziyyəti sayılır. Bu halda müvafiq Akt tərtib olunur, vətəndaş aktla tanış edilir, sonra onu öz imzasıyilə təsdiq edir. Tərtib edilmiş Akt Polis əməkdaşlarına təqdim olunur. Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixində 12:15 radələrində Şəki şəhər DYP əməkdaşı R.Nəbizadə tərəfindən müayinə üçün Rayonlararası Narkoloji Dispanserə gətirilmişdir. Müayinəni RND-nin feldşernarkoloqu R.Sadıqov alko-test aparatı ilə aparmışdır Müayinədə vətəndaşın verdiyi nəfəsdə spirt buxarının miqdarı 0,44 promilli olmuşdur. Nəticə vətəndaşa göstərilmiş və müvafiq Akt tərtib olmunmuşdur. Şəxs tərtib olunmuş Aktla tanış olmuş imzasiyla etirazı olmadığını təsdiqləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 6.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkət haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, görə-qırx manat məbləğində cərimə edilir. 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il Qərarının 2-ci bəndinə əsasən, Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə “VOLKSVVAGEN PASSAT” minik markalı 99BZ601 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə müəyyən edilən halları nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün həmin hissədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material həmin hissədə hüquqi qiymət verilməsi üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Mövlayev
Məhkəmə qərarları › İş №3(075)-696/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-696/2025
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver