Məhkəmə qərarları › İş №3(075)-697/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-697/2020

16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-697/2020 16.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, subay, işsiz, Şəki şəhəri, Bağbanlar küçəsi, 61/43 qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-120/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxxx 2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment alınaraq tələbkar X5 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınmışdır. Beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-120/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxxx 2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment alınaraq tələbkar X5 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. Qeyd olunan icra sənədi üzrə xx.xx.2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Aparılmış məcburi icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olmadığı, adına əmək müqaviləsi bildirişinin qeydə alınmadığı müəyyən edilmişdir. Borclu Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilmiş və barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında Bakı şəhərində yaşadığını, icra şöbəsindən göndərilən məktubların ailə üzvləri tərəfindən təhvil alındığını, lakin maddi imkanı olmadığı üçün gələ bilmədiyim bildirmişdir. İcra sənədi üzrə hazırki tarixə 1950 manat aliment borcu mövcuddur. Qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-120/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxxx 2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment alınaraq tələbkar X5 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İcra sənədindən xəbəri var. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, Bakı şəhərində marketdə işləyir, lakin hazırda karantinlə bağlı işdən ayrılmışdır. Özü Bakı şəhəridə kirayədə yaşayır və kirayə haqqı 150 manat təşkil edir. Yaxın günlərdə aliment borcundan ödəmələr etməyə başlayacaqdır. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş e dir. Məhkəmə iclasında tələbkar X8 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-120/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxxx 2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment alınaraq ona verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. Lakin borclu hazıradək aliment borcundan hər hansı ödəniş etməmişdir. O, öz borcunu bir dəfəyə ödənilməsini tələb edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, tələbkarın izahatı və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə Şəxsya Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar