Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-699/2020 18.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 4 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Şəki rayonu üzrə İcra Şöbəsinin icraatında olan icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində İnzibati protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İnzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki rayonu üzrə İcra Şöbəsindən Şəki rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-716 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Məcburi icra tədbirləri həyata keçirilərkən borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilərək yaranmış aliment borcunu ödəməsi tələb edilmiş, əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılmışdır. Lakin, həmin xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Uzun müddət aliment ödəmədiyindən borcu artmaqda davam etmişdir. xx.xx.2020-ci il tarixində ona sonuncu dəfə rəsmi xəbərdarlıq edilərək yaranmış aliment borcunu ödəməsi tələb edilmiş, lakin həmin xəbərdarlıqdan sonra da onun tərəfindən borc ödənilməmişdir. Borclu Şəxs sonuncu dəfə xx.xx.2020-ci il tarixində İcra və probasiya şöbəsində olarkən ondan yaranmış aliment borcunu ödəməsi dəfələrlə tələb edilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. O, izahat verərək işlədiyini və aylıq 400 manat qazancının olduğunu göstərmişdir. Borcu ödəməməsi barədə isə heç bir üzrlü səbəb göstərməmişdir. Beləliklə də onun 1865 manat aliment borcu yaranmışdır. Borclu sonuncu dəfə 2020-ci ilin noyabr ayında 360 manat ödəniş etmiş, həmçinin bu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə 200 manat da əlavə ödəniş etmişdir. Göstərmişdir ki, borclu ikinci dəfə nikah bağlamaqla ailə qurmuş və həmin nikahdan da 3 uşağı vardır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-716 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bildirdi ki, maddi imkanı olduqca aşağıdır. Belə ki, fərdi əməklə məşğuldur. Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən usta yanında fəhlə işləyir. Aylıq qazancım təqribi 400-450 manat olur. Lakin mövcud olan karantin rejimi ilə əlaqədar gün ərzində 3 saat işləyə bilir və iş müddətinə müvafiq əmək haqqı alır. Göstərmişdir ki, ümumiyyətlə pandemiya ilə əlaqədar son bir ildə tam gücündə işləyə bilməmiş və buna görə də aliment borcu yaranmışdır. Aliment ödəməkdən yayınmır. Göstərmişdir ki, bundan əvvəl bu ilin noyabr ayında 360 manat aliment ödəmişdir, sonuncu dəfə isə bu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə borcundan 200 manat da ödəniş etmişdir. Həmçinin göstərmişdir ki, ailəsini dolandırmaqda çox böyük maddi sıxıntı çəkir. Belə ki, o, ikinci dəfə ailə qurmuş və həmin nikahdan da 3 azyaşlı uşağı vardır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq qanuni və ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin əslinə baxılmaqla tədqiq edilmiş surətlərindən görünür ki, borclu Şəxs X2 hesabına xx xxxxxx 2020-ci il tarixdə 200 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 398822 seriya nömrəli nikah haqqında şəhadətnamənin əslinə baxılmaqla tədqiq edilmiş surətlərindən görünür ki, Şəxs ilə X1 arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE 11761009 seriya nömrəli şəxsiyyət vəsiqəsinin əslinə baxılmaqla tədqiq edilmiş surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Bayramova Aynurun atası Şəxs, anası isə Bayramova Əfsanədir. İş materiallarına əlavə edilmiş AZE 11761009 seriya nömrəli şəxsiyyət vəsiqəsinin əslinə baxılmaqla tədqiq edilmiş surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Bayramova Aysunun atası Şəxs, anası isə Bayramova Əfsanədir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 712497 seriya nömrəli doğum haqqında şəhadətnamənin əslinə baxılmaqla tədqiq edilmiş surətlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 atası Şəxs, anası isə X3r. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs icra sənədi üzrə sonuncu ödənişi bu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə 200 manat olmuşdur. Ümumiyyətlə araşdırma zamanı müəyyən edilmişdir ki, borclu tərəfindən son bir ay ərzində 560 manat aliment ödənişi edilmişdir. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Həmçinin müəyyən edilmişdir ki, Şəxs ikinci nikahından da 3 uşağı vardır. Məhkəmə hesab edir ki, sadalanan hallar qərar çıxarılarkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur, Belə ki, o, icra sənədi üzrə müəyyən vaxtlarda ödəniş etmiş, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə bağlı hər hansı niyyəti olmamışdır. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-699/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-699/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver