Məhkəmə qərarları › İş №3(075)-699/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-699/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-699/2021 17.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əlilliyi olmayan, avtomobil ustası işləyən, Şəki şəhəri, M.F.Axundov p. Ev 715-də qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 17 dekabr 2021-ci il tarixdə, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 17.12.2021-ci il tarixdə təxminən saat 12:45 radələrində YPX inspektoru polis baş serjantı X1, Azər Quliyev və Bəhruz Səfərov birlikdə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində YPX-nın Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xidmətdə olduqları zaman Mersedes markalı Az ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi səbəbdən YPX əməkdaşları tərəfindən saxlanılmış və bort kompyuter vasitəsilə yoxlanılmışdır. Yoxlama zamanı Şəxs avtomobili etibarnaməsiz idarə etməsi müəyyən olunmuşdur. Polis əməkdaşları bunu Şəxs bildirdikdə o özünü qeyri-səmimi və aqressıv apararaq cinsiyyət orqanının adını çəkməklə nəlayiq ifadələr işlətmiş və “mən ustayam yaxşı edirəm kimin avtomobilini ürəyim istəsə sürüb idarə edərəm və sizin başınıza oyun açacam, sənin şalvarını soyundurub Şəki şəhərində yubka geyindirərəm” deyərək ucadan səs-küy salaraq onların qanuni tələblərinə qəsdən tabe olmayıb əlindəki mobil telefonla onları çəkmiş və şantaj edəcəyini bildirmişdir. Bundan sonra Şəxs polis şöbəsinə dəvət olunmuş və barəsində protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki şəhərində avtomobil ustası iişləyir. 17.12.2021-ci il tarixdə ** XM *** dövlət qeyddiyat nişanlı mersedes markalı avtombilli öz evində təmir etdikdən sonra yoxlamaq üçün şəhərə çıxıb idarə etmişdir. Məqsədi avtomobili yoxlamaq olmuşdur. M.Ə.Rəsulzadə prospektində yerləşən Ekonom marketin qarşısında YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona bildirmişdilər ki, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edir. O da etiraz etmiş və polis əməkdaşları ilə onun arasında narazılıq yaranmışdır. Belə ki, YPX əməkdaşlarından Bəhruz Səfərov ondan avtomobildən çıxıb sağda əyləşməsini demişdir. Əvvəlcə düşməmiş, avtomobilin yiyəsini çağırtmaq istəmişdir. Lakin Bəhruz təkid etdiyindən düşüb avtomobildə sağda oturmuşdur. Bəhruz avtomobili idarə edib onu cərimə dayanacağına aparmaq istəmişdir. Avtomobilin salonunda Bəhruzla mübahisə etmiş, onu niyə cərimə meydançasına aparmasını aydınlaşdırmağa çalışmışdır. Həmçinin öz telefonu vasitəsilə maşında Bəhruzu çəkmiş, bu zaman Bəhruz onu vurmuşdur. DYB-nin inzibati binasının həyətində maşından düşmüş və orada da Bəhruzla mübahisə etmişdir. Mübahisə zəminində Bəhruza “sən kişi deyilsən, əyninə şalvar deyil, Yubka geyin” demişdir. Bildirmişdir ki, polisə söyüş söyməmiş, lakin ünvansız söyüşlər söymüşdür. Daha sonra Şəki ŞRPŞ-yə gətirilmiş barəsində protokol tərtib olunmuşdur. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 17.12.2021-ci il tarixdə təxminən saat 12:45 radələrində YPX inspektoru polis baş serjantı Azər Quliyevlə birlikdə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində YPX-nın Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xidmətdə olduğu zaman Mersedes markalı Az ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi səbəbdən tərəflərindəndən saxlanılmışdır və bort kompyuter vasitəsilə yoxlanılmışdır. Yoxlama zamanı avtomobili etibarnaməsiz idarə edər şəxsin Şəxs olması müəyyən olunmuşdur. Yoxlama zamanı Şəxs özünü qeyri-səmimi və aqressıv aparmış və onunla mübahisə etmişdir. Belə ki, ondan avtomobildən çıxıb sağda əyləşməsini demişdir. Lakin Zaur avtomobildən düşməmişdir. Lakin bir müddət mübahisə etdikdən sonra düşüb avtomobildə sağda oturmuşdur. Avtomobili idarə edib onu cərimə dayanacağına aparmaq istəmişdir. Avtomobilin salonunda da Zaur onunla mübahisə etmiş, ona “yaxşı oğlan deyilsən” “sənin bir qeydi-qanuni hərəkətini tutub onu ictimailəşdirməsəm məm şərəfsizəm” demiş, həmçinin maşında özünü çox aqressiv və qeyri-səmimi aparmışdır. Onu niyə cərimə meydançasına aparmasını aydınlaşdırmağa çalışmışdır. Həmçinin öz telefonu vasitəsilə maşında onu çəkmiş, bu zaman ona çəkməməsi barədə irad tutaraq telefonunu yana itələmişdir. Heç bir halda Zauru vurmamışdıpr. DYB-nin inzibati binasının həyətinə çatanda maşından düşmüş və orada da onunla mübahisə etmişdir. Mübahisə zəminində Zaur “sən kişi deyilsən, əyninə şalvar deyil, Yubka geyin” demişdir. Bundan başqa tez-tez cinsiyyət orqanının adını çəkməklə nəlayiq ifadələr işlətmişdir. Demişdir ki, “mən ustayam yaxşı edirəm kimin avtomobilini ürəyim istəsə sürüb idarə edərəm və sizin başınıza oyun açacam, sənin şalvarını soyundurub Şəki şəhərində yubka geyindirəcəm” deyərək ucadan səs-küy salacaq onların qanuni tələblərinə qəsdən tabe olmayıb əlindəki mobil telefonla onları çəkmiş və şantaj edəcəyini bildirmişdir. Bundan sonra qeyd olunan avtomobil sahibinə tərələrindən təhvil verilmiş və hadisə yerinə PPXB-nin əməkdaşları çağırılmış, Şəxs isə Şəki ŞRPŞ-nə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X6 da şahid qismində dindirilmiş X5 ilə eyni məzmunda ifadə vermişlər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, işdə olan məhkəməyə təqdim edilən CD diskləri izləyərkən Şəxs özünü aqressiv və qeyri-səmimi aparması, polis əməkdaşı barəsində şantaj niyyətli fikirlər bildirməsi, həmçinin polis əməkdaşına nəlayiq ifadələr işlətməklə onların qanuni tələblərinə tabe olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli Şəxs hüquqlarının məhdudlaşdırıldığı 17 dekabr 2021-ci il tarixdə saat 14:30-dan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs hüquqlarının məhdudlaşdırıldığı 17 dekabr 2021-ci il tarixdə saat 14:30-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar