Məhkəmə qərarları › İş №3(075)-700/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-700/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-700/2024 30.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, xx.xx.1963-cü il tarixdə Vartaşendə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Baş Zəyzid kəndində qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19759009 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, 40 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cəriməni Şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu hazırkı işlə bağlı məhkəmə tərəfindən qərar qəbul edilənədək ödədildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, “X1” vasitəsilə əldə olunmuş çıxarışa əsasən xx.xx.2024-cü il tarixli, EQ 19759009 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu artıq ödənilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar