Məhkəmə qərarları › İş №3(075)-704/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-704/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-704/2020 21.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki şəhəri, M.Abbasov küçəsi, 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-406/2018 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006ci il təvəllüdlü X3 və 26.03 2015-ci iİ təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alıment borclu Şəxs alınaraq tələbkar X2 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-406/2018 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-ci il təvəllüdlü X3 və 26.03 2015-ci iİ təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alıment borclu Şəxs alınaraq tələbkar X2 verilməlidir. Alimentin tutulmasının əvvəli 06.12 2017-ci il tarixindən hesablanmışdır. Qeyd olunan icra sənədi üzrə xx.xx.2018-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Aparılmış məcburi icra tədbirləri nəticəsində borclunun adma tələbin yönəldilə biləcəyi əmlakların olmadığı, adına əmək müqaviləsi bildirişinin qeydə alınmadığı müəyyən edilmişdir. Borclunun icra sənədinin icrasından yayınmasının qarşısının alınması məqsədilə məhkəmənin müvafiq qərardadı ilə ölkədən çetmək huququ məhdudlaşdırılmış, barəsində tərtib olunmuş protokol əsasında 15 gün müddətındə inzibati qaydada həbs edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcluya təyin olunmuş yeni icra müddəti ərzində borclu tələbkarla razılıq əldə etsə də, əldə edilmiş razılığa əməl etməmiş, müəyyən olunmuş aliment məbləğinin ödənilməsini təmin etməmişdir. Borclu Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilmiş və barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra karantin ilə əlaqədar olaraq işləmədiyini, buna görə də alimnet borcunu ödəyə bilmədiyini bildirmişdir. Lakin məlumat üçün bildirmişdir ki, analoji hal bu ilin iyul ayında təkrarlanmış, borclu barəsində axtarış elan edilmiş və o polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra 1400 manat ödəniş etmiş, qalıq borc məbləğini isə 1 ay ərzində ödəyəcəyim bildirsədə, keçən 5 ay ərzində cəmi 70 manat ödəniş etmiş qalıq 500 manat borc məbləğim isə ödəməmişdir. İcra sənədi üzrə hazırki tarixə 930 manat alıment borcu mövcuddur. Göstərilənlərə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməmiş və icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. Borclu hər dəfə axtarışla gətirilərək ödəniş edir, məhkəmə də bu zaman borclu barəsində hümanist qərar qəbul edir. Artıq borclu bu hallardan sui-istifadə edir. Belə ki, borclu hər dəfə axtarışla tutulub gətirilərkən müəyyən ödənişlər edərək məsuliyyətdən yayınır. Bu hal həmçinin onu göstərir ki, borclu aliment borcunu ödəyə bilir, lakin qərəzli olaraq vaxtında ödəmir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 406/2018 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-ci il təvəllüdlü X3 və 26.03 2015-ci iİ təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alıment ondan alınaraq tələbkar X2 verilməlidir. 3 ildir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalır. Son 5 aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 43, ev 4 ünvanında kirayədə qalır. İş olanda fərdi əməklə məşğul olur, fəhlə işləyir, gündəlik 15-20 manat qazancı olur. Göstərmişdir ki, dünən onu Bakı şəhərində Nərimanov rayonu ərazisində polislər saxlayaraq bölməyə aparmış və onu Şəki ŞRPŞ-nin əməkdaşlarına təhvil vermişlər. Şəkiyə gətirilən kimi ümumi börcundan 500 manat ödəniş etmiş, 930 manat aliment borcu qalmışdır. Bildirmişdir ki, ona vaxt verilərsə 930 manat borcunu da ödəyə bilər. Qeyd etdi ki, hal-hazırda karantn rejimi itə əlaqədar olaraq işləmir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:00-da məhkəməyə gətirilmişdir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Tələbkar Bəkirova (Abdullayeva) Aygül xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, onun şikayəti Şəxsdır. Adı keçən şəxsin aliment borcu 1700 manatdır. Mütamadi olaraq aliment borcunu gecikdirir. Yalnız axtarışdan sonra icra şöbəsinə təhvil verilməklə təyin olunan borcun müəyyən hissəsini ödəyərək məsuliyyətdən boyun qaçırmağa çalışır. Odur ki borclu barəısində daha sərt inzibati tədbir görülməsini xahiş etmişdir. İş materialı, həmçinin icra məmurunun izahatı ilə müəyyən olundu ki, borclu indiyədək etdiyi ödənişlərin əksər hissəsini axtarış nəticəsində tapılaraq icra şöbəsinə təqdim edildiyi ərəfələrdə etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, borclu icra üzrə ödənişləri hər ay ödəyə biləcəyi halda, borcunu qərəzli olaraq ödəmir, lakin axtarışla tapılaraq gətirildiyi ərəfədə borcundan əsaslı ödənişlər etməklə məsuliyyətdən yayınmağa çalışır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydad həbs olunmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar