Məhkəmə qərarları › İş №3(075)-704/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-704/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-704/2024 29.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 2002-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəki şəhəri, Şəhriyar küçəsi, dalan 2, ev 13-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X6 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəki Şəhər-Rayon Polis Şöbəsinin X6 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 26 iyul 2024-cü il tarixdə saat 00:05-də “Vaz 21074” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, təhlükəsizlik kəmərini bağlamaq qaydalarını pozduğuna və İXM-nin 331.1-ci maddəsində nəzərdə tutulmuş xətanın bir il ərzində təkrar törədilməsi halına yol verdiyinə görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X6 Bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:05-də “Vaz 21074” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü təhlükəsizlik kəmərini bağlamadığına görə nəqliyyat vasitəsi saxlanılmış, həmin vaxt sürücünün sərxoş olması müşahidə edilmişdir. Sürücü Şəxs il ərzində ikinci dəfə eyni xətanı törətdiyinə görə onun barəsində İXM-nin 329.1 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 333.2-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:05-də “Vaz 21074” minik markalı **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol-patrul xidmətinin əməkdaşı onu saxlamış, həmin vaxt o sərxoş vəziyyətdə olmuşdur. Törətdiyi əmələ görə səmimi peşmandır, Eyni zamanda ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Alcovisior-Jupiter X” markalı alkotestr vasitəsi ilə 26 iyul 2024-cü il tarixli, 93004312 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərxoşluq müayinəsindən keçmiş və onda 0,567 promil sərxoş olması halı aşkar edilmiş və özünün dediyinə görə iki bakal pivə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli İXP 615176 saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbəğində inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.1 və 333.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası Prezidentinin № İ-8714 nömrəli, 24 iyun 2021-ci il tarixli, 2718 nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Kəlbəcərin azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № İ-52695 nömrəli, 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs eyni inzibati xətaya görə xx.xx.2024-cü il tarixdə inzibati tənbeh almasına baxmayaraq həmin tənbehin verilməsi barədə qərarın qanuni qüvvəyə mindiyi gündən bir il keçmədən, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində “VAZ 21074” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içki qəbul etməs nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun əməlini etiraf etməsini, əməlindən peşman olmasını (İXM 32.1.1) onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs oğlu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə yanaşı, həmçinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X6 Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X6 Bölməsinə göndərilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar