Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-706/2024 29.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X14 Vəkil Bürosunun vəkili Hacı-X4 iştirakları ilə xx.xx.1994-ciü il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Oraban kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-392/2020-003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 17 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 140 manat, həmin məhkəmənin 2(075)-403/2021-004 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X10 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcun ödənməsindən yayınmışdır. Beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-392/2020-003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 17 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 140 manat, həmin məhkəmənin 2(075)-403/2021-004 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X10 ödənilməlidir. İcra sənədləri Şəki rayonu üzrə lcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarların surətləri bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə hazırda hər iki icra sənədi üzrə 6420 manat aliment borcu yaranmışdır. Şəxs icra şöbəsində verdiyi izahatında yaranmış aliment borcunu rəsmi iş yeri olmadığı üçün ödəyə bilmədiyini, gələcəkdə hissə-hissə ödəyəcəyini bildirir. Həmçinin borclu Bakı şəhərində Neftçilər metrosu yaxınlığında fəhlə işlədiyini, aylıq 350 manat qazancının olduğunu bildirir. Göstərilənlərə əsasən borclu Şəxs aliment borcunu ödəməyəək icra məmurunun anuni tələbini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protocol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmişdir.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, göstərilən icra sənədləri üzrə maddi imkanı yaxşı olmadığından aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Hazırda icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra aliment borcundan 1000 manatını ödəmişdir. Borcundan 500 manatını isə növbəti gün ərzində tələbkara ödəyəcəyinə söz verir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda Şəxs tərəfindən 1000 (bir min) manat ödəniş olunmuşdur. Şikayətçi deyildir. Borclunun aliment ödənişi üzrə olan qalıq borcunun ödənilməsinə şərait yaradılması üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X14 Vəkil Bürosunun vəkili X6 oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-392/2020-003 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(075)- 403/2021-004 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri icraata qəbul edilmişdir. xx.xx.2020-ci ilvə xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında məktublardan görünür ki borclu Şəxs 10 gün ərzində tələbin könüllü icra edilməsi barədə bildirilmişdir. X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, məhkəmə iclas zalında borclu tərəfindən ona 1000 manat ödəniş edildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunun, borclunun, zərərçəkmiş şəxsin və vəkilin izahatlarını dinləyərək və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Yəni, icra məmurunun qənaətincə o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəflərin izahatlarından da müəyyən edildiyi kimi Şəxs aliment borcundan son illər ərzində ödəniş edə bilmir, barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra icra sənədi üzrə 1000 manat borcu ödəmiş bir gün ərzində də 500 manat ödəyəcəyinə söz vermiş, qalıq borcları da növbəti aylarda ödəyəcəkdir. Bu qeyd edilənlər məhkəmənin borclunun icra sənədini qərəzli olaraq icra etməməsi qənaətinə gəlməsinə əsas vermir. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Qeyd edilən inzibati xəta haqqında normanın mahiyyəti ondan ibarətdir ki, borclu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra sənədini qərəzli olaraq icra etməsin. İş materiallarından da göründüyü kimi icra məmuru borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərmiş, lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Belə olan halda icra məmuru özü müəyyən etmişdir ki, borclunun icra sənədini icra edə biləcək nə pulu, nə də üzərinə həbs qoyula biləcək əmlakı yoxdur. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməsə də, borclu icra sənədi üzrə ödənişlər etməyə çalışmış, bu günkü tarixdə isə borcundan 1000 manatın ödənilməsini təmin etməklə növbəti gün ərzində 500 manat ödəyəcəyinə söz vermişdir.. Məhkəmə borclunun icra sənədi üzrə ödəniş etməsini onun borcunu ödəməməkdə qərəzli olmaması kimi qiymətləndirir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmamışdır. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları olmamışdır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №3(075)-706/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-706/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver