Məhkəmə qərarları › İş №3(075)-710/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-710/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-710/2022 13.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhərrayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs və müdafiəçi X2 iştirakları ilə xx.xx.1997-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində sərxoş vəziyyətdə X7 yaşadığı ünvana gələrək nalayiq ifadələr işlətmiş, mənzilə daxil olmaq istəmiş, Kamran Musayevin ərizəsinin icrası ilə əlaqədar polis şöbəsinə aparıldıqda Şəxs oğlunun marixuana istifadə etməsi aşkarlanmışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə tərtib olunmuş inzibati protokol və toplanmış materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında ifadə verən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X12 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində X4 şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Şəki şəhəri, Bağbanlar küçəsində yaşayan Şəxs sərxoş vəziyyətdə onun yaşadığı mənzilə gəlməsi, mənzilə daxil olmaq istəməsi, onu və ailə üzvlərini təhqir etməsini bildirmişdir. Şikayət əsasında Şəxs saxlanılmış və Şəki şəhər-rayon Polis Şöbəsinə gətirlmişdir. Polis şöbəsində Şəxs özünü şübhəli aparmış və bu səbəbdən də onun narkotik vasitə qəbul edib-etməməsini aydınlaşdırmaq üçün “İnvitro” klinikasına aparmışlar. Müayinə zamanı Şəxs narkotik vasitə olan marixuana qəbul etməsi aşkar olundu. Beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs bildirdi ki, spirtli içki qəbul etdikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində əvvəllər münasibəti olmuş Dilbər adlı qadının yaşadığı ünvana gələrək onunla söhbət etmək istəmişdir. Bu zaman Dilbərin yaşadığı şəxsin evdə olmasından xəbəri olmamışdır. X3 açmış və bu zaman aralarında mübahisə yaranmışdır. Daha sonra Kamran Musayevin şikayəti əsasında polis şöbəsinə aparılmışdir. Əvvələrdə Bakıda olduğu zaman 1 dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Şöbədə araşdırma aparılan zaman bu hal da müəyyən olunmuşdur. Əməlindən peşmandır, ona görə də, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X1 Coşqun Cumay oğlunun əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından həmin maddə üzrə icraata xitam verilməsini, İXM-nin 206-cı maddəsi ilə isə yüngül tənbeh tədbirinin verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərədə tutulmuş inzibati xətaları törətmişdir. “İnvitro” X6 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs oğlunun marixuana test nəticəsi pozitivdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu mаddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq оlundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs oğlunun özünün də təsdiq etdiyi kimi o, sərxoş vəziyyətdə X7 yaşadığı ünvana gələrək onunla mübahisə etmiş, onu və ailə üzvlərini narahat etmiş, polis şöbəsinə aparıldıqdan sonra da onun narkotik vasitə olan marixuana qəbul etməsi aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 206 və 510-cu mаddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 206-cı mаddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Şəki ŞRPŞ-dən dаxil оlmuş inzibаti xətаyа dаir inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdır. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş dörd yüz manatadək məbləğdə cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar