Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-710/2024 22.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X2 tərəfindən Bakı Şamaxı Yevlax yolunun 203 İV Tağım YPX inspektoru, polis baş serjantı X3 barəsində çıxardığı 19 iyun 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, cərimə məbləğinin onun üzərindən götürülməsi, həmin inzibati xətaya görə tətbiq olunmuş 4 bal cərimə balının silinməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixdə keçirilmiş, növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, X2 tərəfindən hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, bu vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 barəsində tərtib edilmiş 19 iyun 2024-cü il tarixli TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-710/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-710/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver