Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-713/2022 11.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Azərbaycan Respublikası Qida X8 Regional Bölməsinin nümayəndələri X15 və X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakı ilə X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində tərtib edilmiş 31 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və 20 sentyabr 2022-ci il tarixli, 1126705/1 nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida X8 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 31 avqust 2022-ci il tarixli və Azərbaycan Respublikasının Qida X9 zəncirinə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən X10 1126705/1 nömrəli 20 sentyabr 2022-ci il tarixli qərarlarının ləğv edilməsi və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələri ilə tərtib olunmuş MN ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında aparılan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) X20 rəisi Murad Əsədovun 29 iyul 2022-ci il tarixli, ŞRB- YP-255 nömrəli qərarı ilə "X27 Hospitality and Management" MMC-nin (VÖEN: **********) ünvan 1 ünvandakı obyektində planlı yoxlama keçirilmiş və MMC-nin həmin ünvanda fəaliyyət göstərən otelinin meneceri X11 barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələri üzrə MN ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati xəta protokolu tərtib olunmuşdur. AQTA X20 rəisi vəzifəsini müvəqqəti icra edən X13 31 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə, həmin protokol əsasında MMC-nin vəzifəli şəxsi X5 Xətalar Məcəlləsinin 447.0.3- cü maddəsinə əsasən (standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. AQTA X20 rəisi vəzifəsini müvəqqəti icra edən X13 31 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərarından AQTA-nm sədri Qoşqar Təhməzliyə yazdığımız şikayət həmin Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən X10 20 sentyabr 2022-ci il tarixli, 1126705/1 nömrəli qərarı ilə təmin edilməmiş, MN ******* nömrəli 31 avqust 2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Qeyd olunan qərarlar qanuni, əsaslı və ədalətli deyildir. Belə ki, MMC-nin Şəki oteli 2020-ci ilin yanvar ayından fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi bütün dövr ərzində MMC AQTA ilə əməkdaşlıq etmiş və fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirmişdir. Şəki otelində 60 nəfərlik yeri olan restoran fəaliyyət göstərir. Restoranda hər gün təqribən 30-40 nəfər müştəriyə xidmət göstərilir. Xidmətlər çox yüksək səviyyədə təşkil olunub. Restoranın mətbəxinin ümumi sahəsi 140 kv.metrdən artıqdır. Restoranda qida məhsullarının hazırlanması, saxlanması, istifadəsi və sair qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qaydalara tam şəkildə əməl olunur. Ötən müddət ərzində AQTA X20 əməkdaşları tərəfindən oteldə mütəmadi olaraq yoxlamalar aparılmış və heç bir nöqsan aşkar edilməmişdir. Xüsusilə pandemiya dövründə AQTA tərəfindən oteldə daha intensiv olaraq monitorinqlər aparılmış və müvafiq tövsiyələr verilmişdir. Otel AQTA-nın bütün tövsiyələrinə əməl etmiş və hazırda da fəaliyyətini həmin tövsiyələrə və qanunvericiliyin tələblərinə uyğun qaydada davam etdirir. Lakin 17 avqust 2022-ci il tarixdə keçirilən planlı yoxlama zamanı AQTA-nın X20 əməkdaşları otelin anbarında ev şəraitində hazırlanmış, mənşəyi məlum olmayan məhsulların saxlandığını, malların saxlanması zamanı mal qonşuluğu qaydasının, həmçinin istehlakçıların hüquqlarının pozulduğunu bildirərək otelin rəhbəri X11 barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta protokolu tərtib etmiş və 31 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərarla onu 1500 manat məbləğində cərimələmişlər. AQTA-nın X20 yoxlamada iştirak edən əməkdaşları tərəfindən tərtib olunmuş, 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, yoxlayıcılar bazardan alınan meyvələrdən restoranın aşbazı tərəfindən hazırlanmış cem və turşu məhsullarını mənşəyi məlum olmayan qida məhsulu hesab etmiş və bunu Nazirlər Kabinetinin 94 nömrəli qərarı ilə təsdiq olunan "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"n 4.6-cı bəndinin pozulması kimi qiymətləndirmişlər. Bununla bağlı bildirir ki, adı çəkilən Qaydaların 4-cü bölməsi "Malların qəbulu, saxlanılması və satışa hazırlanması" ilə bağlı məsələləri tənzimləyir. "X27 Hospitality and Management" MMC isə otel xidmətlərinin göstərilməsi ilə məşğuldur və bu fəaliyyət çərçivəsində müştərilərinə müvafiq qida məhsullarını təqdim etməsi ictimai iaşə xidmətləri sırasına daxil edilməklə həmin Qaydaların "İctimai iaşə xidmətlərinin göstərilməsi" başlıqlı 23-cü bölməsində nəzərdə tutulan normalarla tənzimlənir. Qeyd olunan Qaydaların nə 23-cü bölməsində, nə də digər bölmələrində ümumiyyətlə restoranın aşpazı tərəfindən müxtəlif meyvə və tərəvəzlərdən hazırlanaraq müştərilərə təqdim olunan qida məhsullarının mənşəyi məlum olmayan məhsul olduğunu müəyyən edən heç bir norma mövcud deyildir və ola da bilməz. Əks halda restoranda ət, balıq və sair bu kimi məhsullardan hazırlanmış bütün yeməklər, yəni bozbaş, dolma, qovurma, kabab və sair bu kimi yeməklər də mənşəyi məlum olmayan qida məhsulları hesab edilə bilər ki, bu da nə mövcud qaydalara, nə də məntiqə uyğun deyildir. İnzibati tənbeh tədbirini tətbiq edən orqan da öz qərarında bu cür məhsulların mənşəyi məlum olmayan qida məhsulu hesab edildiyinə dair heç bir normaya istinad etməmiş və öz qərarını hüquqi baxımdan əsaslandırmamışdır. Bundan başqa, yoxlayıcılar tərəfindən tərtib olunmuş, 17 avqust 2022-ci il tarixli protokolda həmçinin qeyd olunub ki, anbarda olan soyuducuda ət saxlanan bölümdə yumurta, ət və yemiş mal qonşuluğu prinsipinə əməl olunmadan saxlanılır və bu da Qaydaların 4.7-ci bəndinin tələblərinə ziddir. Bununla bağlı bildiririk ki, əvvəla yoxlayıcı tərəfindən tərtib olunmuş 17 avqust 2022-ci il tarixli protokolda faktlar təhrif edilmişdir. Belə ki, anbar soyuducusunun ət saxlanan bölməsində ət məhsulu ilə birlikdə yumurta və yemiş məhsulunun da saxlandığına dair protokolda qeyd olunan məlumat doğru deyildir. Belə ki, həmin məhsullar anbar soyuducusunun eyni bölmələrində deyil, ayrı-ayrı bölmələrində yerləşdirilmişdir. Digər tərəfdən, həmin məhsullar hətta soyuducunun eyni bölməsində yerləşdirilmiş olsa idi belə, bu hal mal qonşuluğu prinsipinin pozulması kimi qiymətləndirilə bilməzdi. Çünki bunu qadağan edən heç bir norma mövcud deyildir. İnzibati tənbeh tədbirinin tətbiq edən orqan da öz qərarında həmin məhsulların yanaşı saxlanmasının qaydalara uyğun olmadığını təsdiq edən heç bir normaya istinad etməmiş və mövqeyini hüquqi baxımdan əsaslandırmamışdır. Qeyd olunan məhsulların hamısı öz təbii halında olan qida məhsullarıdır və onların hər birindən ictimai iaşə məhsullarının hazırlanmasında paralel şəkildə istifadə olunur. Nə "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” nda həmin məhsulların təbii halında eyni soyuducuda saxlanmasını qadağan edən heç bir norma mövcud deyildir. Bundan başqa, protokolda həmçinin qeyd olunub ki, yuyucu vasitələrin saxlanması üçün xüsusi otağın olmasına baxmayaraq, yuyucu kimyəvi vasitələr yuma çanağının altında, toplu şəkildə yerləşdirilmişdir. Bununla bağlı bidlririk ki, yuyucu vasitələrin yuma çanağının altında toplu şəkildə yerləşdirilməsi barədə protokolda qeyd olunan məlumat da doğru deyildir. Belə ki, yuyucu kimyəvi vasitə yuma çanağının altında toplu şəkildə deyil, yalnız istifadə üçün zəruri olan həcmdə yerləşdirilmişdir. Yəni oradan yuyucu vasitələrin saxlanc yeri kimi istifadə olunmamışdır və buna ehtiyac da yoxdur. Çünki protokolda da qeyd olunduğu kimi, yuyucu toz vasitələrinin saxlanması üçün xüsusi otaq mövcuddur və bütün yuyucu vasitələr orada saxlanılır. Belə olan halda yuyucu toz vasitələrinin yuma çanağının altında toplu şəkildə saxlanması xidmət müəssisəsinin özü üçün də əlverişli deyil və buna ehtiyac da yoxdur. Azərbaycan Respublikasının Qida X8 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 həmin qərarından verdiyimiz şikayət, yuxarıda qeyd etdiyimiz kimi, həmin Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən X10 20 sentyabr 2022-ci il tarixli, 1126705/1 nömrəli qərarı ilə təmin edilməmişdir. Faktların təhrif edilməsi halları həmin qərarda da təkrarlanmış, 31 avqust 2022-ci il tarixli MN ******* nömrəli qərarın qanuniliyi hüquqi baxımdan əsaslandırılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 ərizənin mətninə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun barəsində tərtib edilmiş protokol və qərarla razı deyil. Protokol tərtib etmiş şəxs tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Respublikanın ərazisində çoxlu belə dükanlar fəaliyyət göstərir ki, həmin dükanlarda kustar üsulla hazırlanmış turşular, mürəbbələr satılır. Lakin bu kimi məhsulların üzərində çəkisi, yararlılıq müddəti və s. məlumatlar göstərilmir. Yuyucu vasitələr yuma çanağının yanında saxlanılması inzibati məsuliyyət yaratmamalıdır. Mal qonşuluğunu tənzimliyən norma mövcud deyil. Ona görə də hesab edir ki, onun barəsində yazılan protokol qərəzlidir və şikayətin təmin edilməsini xahiş edir. Əvvəlki iclasda iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, protokol və onun əsasında qəbul edilmiş qərarlar ləğv edilməlidir. Belə ki, X5 məsuliyyətə cəlb olunsada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi protokolu əsaslandırmamışdır. Belə ki, aşkar olunan turşuların üzərində müvafiq məlumatları əks etdirən markalanmanın olmamasını, mal qonşuluğunun tələblərinin pozulmasını və yuyucu vasitələrin saxlanılma qaydalarına əməl olunmamsı göstərilsədə bu halların məsuliyyət yaratdığını normativ qaydaları yoxdur. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Qida X8 Regional Bölməsinin nümayəndəsi X15 bildirdi ki, səlahiyyətləri daxilində yoxlama aparmışlar. X7 barəsində İXM-nin 220.1, 440.1 və 447.0.3-cü maddəsi ilə protokol tərtib edilmiş, İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 1500 manat cərimə edilmişdir. İnzibati protokol və qərar tam düzgündür. Belə ki, İXM-nin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi İstehlakçıların hüquqlarının pozulması hesab olunur. "X27 Hospitality and Management" MMC otelinin anbarında ev şəraitində hazırlanmış, saxlanma müddəti göstərilməmiş, habelə markalanması, etiketlənməsi olmayan, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan 1 ədəd 3 klioqramlıq qabşadırmada xiyar turşusu, 4 ədəd 1 litrlik qabşadırmada alça turşusu və 3 ədəd 1 kiloqramlıq qablaşdırmada cem məhsulları aşkar edilmişdir. Halbuki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasi Qanununun 11-ci maddəsinə əsasən yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsi onların minimum keyfiyyətinin və təhlükəsizliyinin və qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin etməlidir. “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” qaydalarının 4.6-cı bəndinə əsasən saxlanma müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır. Bundan başqa İXM-nin 44.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydalarına, həmçinin temperatur rejiminə əməl edilməlidir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ət məhsulları ilə yumurta, yemiş kimi məhsullar birgə saxlanılmışdır. Bu isə qeyd olunan qərarın 4.7-ci maddəsinin tələblərijnə ziddir. Bundan başqa İXM-nin 220.1-ci maddəsinə əsasən xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yoxlama zamanı yuyucu maddələr və dezinfeksiyaedici vasitələr yuma çanağının altında saxlanması müəyyən olunmuşdur. Halbu ki, Azərbaycan Respublikası Qida X2 xx.xx.2020-ci il tarixli 19 saylı qərarının Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydaların 2 nömrəli əlavəsinin 1.11-ci maddəsinin tələblərinə ziddir. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Qida X8 Regional Bölməsinin nümayəndəsi X17 şikayətin təmin olunmamsını xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq 2022- ci ildə 773 zəhərlənmə hadisəsi baş vermişdir. Bunların əksəriyyəti kustar üsulla hazırlanmış şorabalardan olmuşdur. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan və Azərbaycan Respublikası Qida X8 Regional Bölməsinin yoxlamanın aparılması haqqında 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, "X27 Hospitality and Management" MMC-də 15 avqust 2022-ci il tarixdən 19 avqust 2022ci il tarixədək yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sahibkarlı obyektinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, aşağıdakı nöqsanlar aşkar olunmuşdur. Anbarında ev şəraitində hazırlanmış, üzərində heç bir məlumat olmayan 1 ədəd 3 litrlik xiyar, ev şəraitində hazırlanmış alça turşusu (üzərində heç bir məlumat olmayan) 4 ədəd 1 litr həcmində və 3 ədəd 1 kiloqramlıq ev şəraitində hazırlanmış mənşəyi bilinməyən cem aşkar olunmuşdur. Anbarda olan soyuduca ət saxlanan bölümdə yumurta ət və yemiş mal qonşuluğu prinsipinə əməl olunmadan saxlanılır. Yuyucu vasitələr üçün xüsusi otaq olmasına baxmayaraq yuyucu kimyəvi vasitələr yuma çanağının altında toplu şəkildə yerləşdirilmişdir. X6 tərəfindən də imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X8 Regional Bölməsi tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli aktın surtindən görünür ki, "X27 Hospitality and Management" MMC otelinin anbarında ev şəraitində hazırlanmış, saxlanma müddəti göstərilməmiş, habelə markalanması, etiketlənməsi olmayan, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan 1 ədəd 3 klioqramlıq qabşadırmada xiyar turşusu, 4 ədəd 1 litrlik qabşadırmada alça turşusu və 3 ədəd 1 kiloqramlıq qablaşdırmada cem məhsulları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X8 Regional Bölməsi tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X8 Regional Bölməsi tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətmiş və həmin Məcəllənin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 20 sentyabr 2022-ci il tarixli, 1126705/1 nömrəli qərarının surətindən görünür ki, X7 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, agentliyin X26 tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasi Qanununun 11-ci maddəsinə əsasən yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsi onların minimum keyfiyyətinin və təhlükəsizliyinin və qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin etməlidir. Yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Aşağıdakılardan hər hansı birinə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur: qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən; üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən; mənşəyi məlum olmayan, saxtalaşdırılmış; üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş; markalanmasına dair məcburi tələblərə cavab verməyən. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Qanununun 13.3-cü maddəsinə əsasən istehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” qaydalarının 4.6-cı bəndinə əsasən saxlanma müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə və satışı zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməlidir. Azərbaycan Respublikasının Qida X3 xx.xx.2020-ci il tarixli 19 saylı Qərarının “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 1.11-ci maddəsinə əsasən yuyucu maddələr və dezinfeksiyaedici vasitələr qida məhsullarının istehsal sahələrində və anbar otaqlarında saxlanmamalıdır. Onların ayrıca saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməlidir. Göründüyü kimi "X27 Hospitality and Management" MMC-də Azərbaycan Respublikası Qida X8 Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin pozulması halları aşkar edilmişdir. X4 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 nümayəndəsi və vəkili Vəkil şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və 20 sentyabr 2022-ci il tarixli, 1126705/1 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-713/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-713/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver