Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-715/2021 24.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 18 dekabr 2021-ci il tarixdə saat 20:40 radələrində Şəki rayonu, Kiş kəndi ərazisində Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayaraq tabesizlik göstərmişdir və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Polis baş serjantı Azər Quliyev 18.12.2021-ci il tarixdə saat 20:40 radələrində Şəki rayonu, Kis kəndi ərazisində BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, YPX avtomobilində polis baş serjantı Bəhman Tanrıverdiyevlə birlikdə xidmətdə olduqları zaman Vaz-2107 markalı, ağ rəngli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil işıq cihazından düzgün istifadə etmədiyinə görə tərəflərindən sayrışan işıqlar vasitəsi ilə saxlama işarəsi vermiş, lakin sürücü buna baxmayaraq avtomobili kəndin dar küçələri ilə hərəkət etdirərək saxla işarəsinə tabe olmayaraq avtomobilin hərəkətini sürətlə davam etdirmişdir. Yol bağlı olduğu üçün sürücü avtomobili saxlamış və iki nəfər avtomobildən düşərək uzaqlaşıb getmişlər. Bir müddət sonra polis əməkdaşlarına bir nəfər şəxs yaxınlaşaraq bildirmişdir ki, avtomobilin sürücüsü içkili olduğu üçün avtomobili o sürüb gətirmişdir. Avtomobildə olan sərnişin isə bildirmişdir ki, sürücü sərxoş olduğu üçün polis əməkdaşlarını görüb qaçmışdır. Bildirmişdir ki, polis əməkdaşları avtomobilin açarını istədikdə Bəhruz adlı şəxs avtomobilin açarını onlara təqdim etməkdən boyun qaçırmışdır. Polis əməkdaşları sürücünü dəfələrlə çağırmaqlarına baxmayaraq sürücü avtomobilin yanına gəlməkdən boyun qaçırmışdır. Daha sonra polis əməkdaşları Şəki ŞRPŞ-nə bu barədə raportla məruzə etmişlər. X12 Məcidovun barəsində protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə Şəki rayonu, Kiş kəndində dostları ilə yeyib-içmək qərarına gəlmişlər. Həmin vaxt günortadan sonra yəni, təxminən saat 16:00-17:00 arası olmuşdur. Bu zaman həmkəndlisi həm də qohumu olan Cəlil kişi ona bildirmişdir ki, spirtli içki qəbul etdikdən sonra avtomobilini içkili idarə etmə. Buna görə də avtomobilin açarını ondan almışdır. O da idarə etdiyi **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını Cəlilə vermişdir. Cəlil avtomobilin açarını Bəhruza vermişdir ki, avtomobilini sürüb evlərinə aparsın. Bəhruz da avtomobili sürüb getmişdir. O dostları Oxşar və Tapdıqla birlikdə kafedə yeyib-içməyə başlamışlar. Daha sonra o, Bəhruza zəng edərək bildirmişdir ki, evlərində heç kim yoxdur, avtomobili atasının olduğu yerə aparsın. Onlar kafedə nə qədər oturmaqlarını xatırlamır. Lakin düşünür ki, bu təxminən 3-4 saat çəkmişdir. O, çox içkili olmuşdur. Kafedən çıxdıqdan sonra dostu Tapdıqla bir yerdə piyada evə getmişdir. Evə getdikdən sonra uzanıb yatmışdır. Həmin günü onun bu hadisə barədə xəbəri olmamışdır. Bildirmişdir ki, 19 dekabr 2021-ci il tarixdə bu hadisədən xəbəri olmuşdur. Səhəri gün Bəhruzla söhbət edərkən Bəhruz ona 18 dekabr 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşlarının onu avtomobili aparan zaman saxladıqlarını demişdir. Bəhruz ona bildirmişdir ki, polis əməkdaşları cərimə yazmaq istəsələr də sonradan cərimə yazmamışlar. Göstərmişdir ki, onun bu hadisə ilə əlaqəli heç bir təqsiri yoxdur. Həmin zaman avtomobildə olmamış və avtomobili o idarə etməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 məhkəmə iclasında bildirmişdir ki, Şəxs əməlində inzibati xəta tərkibinin olmamasını, həmçinin polis əməkdaşlarının ziddiyyətli ifadələrini nəzərə alaraq nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, 18.12.2021-ci il tarixdə saat 20:40 radələrində Şəki rayonu, Kis kəndi ərazisində BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, YPX avtomobilində polis baş serjantı Bəhman Tanrıverdiyevlə birlikdə xidmətdə olduqları, zaman Vaz-2107 markalı, ağ rəngli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil onların xidməti avtomobili ilə qarşı-qaşıya gəlmişdir. Həmin avtomobilin sürücüsü işıq cihazından düzgün istifadə etmədiyinə görə tərəflərindən sayrışan işıqlar vasitəsi ilə saxlama işarəsi vermişdir. Lakin sürücü onların saxla işarəsinə tabe olmayaraq avtomobili saxlamamış və avtomobilin sürətini artıraraq kəndin dar küçəsi ilə hərəkətini davam etdirmişdir. Onun idarə etdiyi BMW markalı avtomobilin alt hissəsi alçaq, həmçinin Kiş kəndinin yolları döşəmə daşlı olduğu üçün onlar avtomobili sürətlə idarə edə bilməmişlər. Onlar yolun kələ-kötür hissəsi ilə hərəkət edə bilməyib dayanmışlar. Qeyd edilən avtomobil Kiş kəndinin qəbiridtanlığının yaxınlığında küçəyə yaxın ərazidə dayanmışdır. Onlar vvtomobildən iki nəfər şəxsin düşərək çıxıb getdiyini görmüşlər. Göstərmişdir ki, uzun müddətdir ki, Şəkidə YPX polis əməkdaşı işlədiyindən Vaz-2107 markalı, ağ rəngli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəldən də Şəxs məxsus olduğunu bilmişdir. Onların avtomobili kəndin yolunda qarşı-qarşıya gəldiyindən həmin anda avtomobilin Xəyal tərəfindən idarə edilməsini görmüşdür. Həmçinin həmin avtomobildə olan sərnişin 60 yaşlarında bir kişi olmuşdur. Lakin həmin kişinin adını bilmir. Onlar Bəhmənlə birlikdə 007 markalı avtomobilin yanına gedərək sürücünü axtarmışlar. Bu zaman yaxınlıqdakı evdən bir nəfər kişi çıxaraq bu məsələni yoluna qoymaq istədiyini demişdir. Lakin onlar sürücünün sərxoş olduqlarını bildiklərindən sürücünün avtomobilin yanına gəlməsini tələb etmişlər. Lakin sürücü maşının yanına gəlməmişdir. Təxminən 40 dəqiqədən sonra X8 adında bir nəfər şəxs onlara yaxınlaşmış və avtomobili o idarə edərək gətirdiyini demişdir. Onlar avtomobilin açarını tələb edəndə Bəhruz açarı onlara verməmişdir. Bir müddət sonra Xəyalın qohumları gələrək məsələni yoluna qoymaq istəmişlər, ancaq həmin günü Xəyal onlara yaxınlaşmamışdır. Bildirmişdir ki, avtomobili idarə edən Xəyal olmuşdur. Avtomobildə iki nəfər olmuşlar, digərinin kim olduğunu bilməmişdir. Belə olduğu halda o, Şəki ŞRPŞ-ya gedərək raport yazmışdır. Məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, onların idarə etdiyi BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, YPX avtomobilində çəkiliş aparan kamera olsa da həmin kamera gecə yaxşı çəkiliş etmədiyindən kameranı yandırmamışlar. Həmçinin göstərmişdir ki, onlarla danışıq aparmağa gələn kənd sakinləri yaxalarında diktafonu görən kimi onlardan uzaqlaşmışlar. Belə ki, onlar bildirmişlər ki, Xəyal onların kənd qardaşları olduğundan onun əleyhinə heç nə demək istəməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 digər şahid X5 ifadəsinə oxşar olan məzmunca eyni ifadə vermişdir. Lakin ona verilən suallara cavabında hər YPX avtomobilinə bir ədəd səs yazan diktafon verildiyini və diktafonu hadisə zamanı üzərlərində götürmədiklərini, həmin səs yazan diktafonu BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, YPX avtomobilində saxlayaraq avtomobildən düşdüklərini göstərmişdir. Məhkəmə iclasında Şəxs vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə təxminən axşam saatlarında Cəlil kişi Xəyala məxsus ** TX *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobilin açarlarını alaraq ona vermişdir. Həmin vaxt Xəyal yeyib-içmək istəmişdir. Bundan sonra o açarları alıb özündə saxlamışdır. Həmin saatdan sonra Xəyalın avtomobili onda olmuşdur. Axşam təxminən saat 20:00 radələrində həmin avtomobili evlərinə aparıb küçədə saxlamış və evə getmişdir. Göstərmişdir ki, kəndlərində yollar dar olduğundan çox vaxt maşınları evdən aralı küçənin daha enli hissəsində saxlayırlar. Bir müddət sonra ona zəng edərək Xəyalın avtomobilinin yanında YPX əməkdaşlarının olmasını ona demişlər. O da evdən çıxıb maşının yanına gəlmişdir. YPX əməkdaşları ondan Xəyalın harada olmasını soruşmuşlar. O da bildirmişdir ki, bilmir. Həmçinin YPX əməkdaşlarına demişdir ki, avtomobili o idarə edərək gətirib burda saxlamışdır. Polis əməkdaşlarına bildirmişdir ki, avtomobilin sürücüsü içkili olduğu üçün avtomobili evə aparmağı ona tapşırmışdır. Polis əməkdaşları avtomiblin açarını tələb etdikdə o, açarı polis əməkdaşlarına verməmişdir. Polis əməkdaşları Xəyalın ora gəlməsini tələb etdikdə o bildirmişdir ki, Xəyal dostlarıyla yeyib-içməkdədir bura gələ bilməyəcəkdir. Göstərmişdir ki, kənd arası yolda hər hansı YPX avtomobili ilə qarşı-qarşıya gəlməmiş və YPX avtomobilindən qaçmamışlar. Avtomobili evə aparan zaman yolda kəndçiləri X6 da götürüb yolda düşürmüşdür. Məhkəmə iclasında Şəxs vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə təxminən axşam saatlarında kəndin aşağı hissəsindən dostugilə gedərkən yolda Bəhruz avtomobili saxlayaraq onu da götürmüşdür. Kəndçi olduqlarından avomobilin Xəyala aid olduğunu bilmişdir. Yolda düşüb dostugilə getmişdir. Bildirmişdir ki, kənd arası yolda hər hansı YPX avtomobili ilə qarşı-qarşıya gəlməmiş və YPX avtomobilindən qaçmamışlar. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şahid kimi dindirilmiş polis əməkdaşları məhkəmə iclasında bildirmişlər ki, qeyd edilən avtomobili həmin anda Şəxs idarə etmişdir. Lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə barəsində inzibati icraat aparılan Şəxs bunu inkar edir. Həmçinin məhkəmə iclasında şahid kimi dindirilmiş B.Kərimov və A.Əhmədov həmin anda avtomobili B.Kərimov tərəfindən idarə edilməsini təsdiq etmişlər. Bundan başqa şahid kimi dindirilən polis əməkdaşları bildirmişlər ki, idarə etdiyi BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, YPX avtomobilində çəkiliş aparan kamera olsa da həmin kamera gecə yaxşı çəkiliş etmədiyindən kameranı yandırmamışlar. Məhkəmə şahidlərin bu fikirlərinə tənqidi və şübhə ilə yanaşır. Həmçinin məhkəmə iclasında şahid kimi dindirilən polis əməkdaşlarından biri üzərində səsyazan diktafonla ** TX *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobilə yaxınlaşdığını bildirsə də digər şahid diktafonu hadisə zamanı üzərlərində götürmədiklərini, həmin səs yazan diktafonu BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı, YPX avtomobilində saxlayaraq avtomobildən düşdüklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə də başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından onun barəsində məhkəməyə təqdim edilən protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-715/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-715/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver