Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-717/2021 27.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi v.m.i.e, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Qırğızıstan Respublikası Oş vilayəti Aravan rayonunda anadan olmuş, Qırğızıstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, işləməyən, Şəki rayonu Şəki kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi v.m.i.e, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 27 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Şəki şəhəri “Gənclik” kafesində satış məqsədi olmadan öz istifadəsi üçün 1.19 qram narkotik vasitə olan marixuana əldə edərək saxlamış, Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi v.m.i.e, polis kapitanı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Şəki şəhəri “Gənclik” kafesində satış məqsədi olmadan öz istifadəsi üçün 1.19 qram narkotik vasitə olan marixuana əldə edərək saxlamışdır. Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin müvafiq bəndlərinin tərkib əlamətlərinin olubolmaması araşdırılmış, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən 09 dekabr 2021-ci il tarixdə cinayət işinə hissəsi xitam verilərək inzibati qaydada tənbeh tədbiri görülməsi üçün Şəki ŞRPŞ-nin Sarıca PB-nə göndərilmişdir. Bu səbəbdən də Şəxs oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 07 dekabr 2021-ci il tarixdə Cavid adlı şəxsən marixuana əldə edərək üzərində saxlamışdır. Həmin gün Şəki şəhəri “Gənclik” kafesinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə şəxsi axtarış keçirilərkən narkotik maddə aşkar edilmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 iş qanuni qərar çıxarılmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 08 dekabr 2021-ci il tarixli, 17/846 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərindən aşkar edilmiş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 1.19 qram olan maddə kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 1.19 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq – 1.17 qram. Aparılmış tədqiqatın dəyəri 35.97 manat təşkil edir. İşdə olan “Sübutların qiymətləndirilməsi, şəxsin şübhəli şəxs statusundan MSY-dən azad olunması və inzibati məsuliyyətə cəlb edilməsi” haqqında 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayəti işinə Şəxs aid hissədə hissəvi xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan 27 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09 dekabr 2021-ci il tarixdə MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını, həmçinin ikinci dərəcə əlilliyi olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-717/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-717/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver