Məhkəmə qərarları › İş №3(075)-72/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-72/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-72/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ağdam rayonu, Cavahirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan Ağdam rayonu, Cavahirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1411/2018 nömrəli, 23 04 2018-ci il tarixli icra sənədinə əsasən borclular X7 və Şəxs müştərək qaydada cəmi 1393 52 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar “xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1411/2018 nömrəli, 23 04 2018-ci il tarixli icra sənədinə əsasən borclular X7 və Şəxs müştərək qaydada cəmi 1393 52 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar “xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Halhazırki tarixə icra sənədi üzrə borclu Şəxs 1413,52 manal məbləğində borcu mövcuddur. Qeyd edilən icra sənədi xx.xx.2018-ci il tarixdə Şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzili olaraq boyun qaçıran borclu Şəxs oğlunun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2020-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməs üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmiş, borclu Şəxs barəsində xx.xx.2020-ci ıl tarixdə 820589 nömrəıi axtarış işi açılmışdır. İcraa sənədi barədə məlumatlı olmasına baxmayaraq borclu Şəxs çağırış üzrə gəlməkdən qərəzli olaraq yayınmış, həmçinin icra sənədinin icraata daxil olmasından 33 ay keçməsinə baxmayaq heç bir ödəniş etməmişdir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında bu gün borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Göstərmişdir ki, qeyd olunan icra işi üzrə borclunun yeri müəyyən edilmədiyindən indiyədək onun icra şöbəsinə dəvət edilməsi və onun izahatının alınması mümkün olmamışdır. Borclunun ilk dəfə izahatı bu gün alınmışdır. Hesab edir ki, Şəxs icra sənədini qərəzli olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1411/2018 nömrəli, 23 04 2018-ci il tarixli icra sənədinə əsasən X3 və ondan müştərək qaydada cəmi 1393 52 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar “xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə icra sənədindən bu gün xəbəri olmuşdur. İndiyədək belə bir icra sənədinin olmasından xəbəri olmamışdır. Bununla bağlı Şəki icra şöbəsindən ona hər hansı xəbərdarlıq məktubu və ya hər hansı qərar gəlməmişdir. Göstərmişdir ki, məcburi köçkündür, Bakı şəhərində yaşamaqla fəhləlik edir və ailəsini dolandırır. Bildirdi ki, qeyd edilən icra sənədi üzrə hissə-hissə ödəniş edə bilər. Bir həftə ərzində 200 manat ödəniş edəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Rəcəb Vidadi oğlunun icra sənədini icra etməkdə qərəzli olmadığından izahatında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarının Şəxs tərəfindən alınması barədə hər hansı sənəd yoxdur. Bundan başqa icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olsa da, bu müddət ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı alınmamış və onun izahatı bu gün, yəni xx xxxxxx 2021-ci il tarixdə icra məmuru tərəfindən alınmışdır. Göründüyü kimi Şəxs icra sənədininin mövcudluğundan xəbəri olmamışdır. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar