Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-726/2020 28.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Protokolu tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Ələkbərov Söhrab Əli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb olunmuş, Şəki şəhəri, Sabit Rəhman küçəsi, 23A, 6 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Azərbaycan Respublikası Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Protokolu tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Ələkbərov Söhrab Əli oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində Şəki rayonu, Oraban kəndi ərazisində tanışı Hacıyev Mövlüd Nadir oğlundan 30 manata bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin alaraq əldə edib özündə saxlamaqla daşımış, sözügedən psixotrop maddənin bir hissəsini Bakı şəhərində qəbul etmiş və özünə məxsus “Vaz-21099” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri Nizami metrostansiyası ərazisindən Bakı şəhəri, 20 Yanvar dairəsinədək idarə etmişdir. Həmin ərazidən sonra isə sözügedən avtomobili Mövlüd Hacıyev Şəki şəhərinədək idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13:40 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəxs və Hacıyev Mövlüd Nadir oğlu Şəki şəhərinin girəcəyində idarə etdiyi “Vaz-21099” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman DYPB əməkdaşı tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş, polis şöbəsində onun üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ ön cibindən tanışı Mövlüd Hacıyevdən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkiləri 0,338 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxs bundan əvvəl də il ərzində eyni xəta törətmiş və İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə edilmiş və həmin cərimə məbləğini ödəmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə tanışı Hacıyev Mövlüd Nadir oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən evin damından düşən boru xəttini təmir edib nahardan sonra işlərini qurtarmışdır. Mövlüd Bakı şəhərində yaşadığı evdə olanda ona demişdir ki, onun üçün narkotik vasitə olan şüşə almışdır və üstündədir. xx.xx.2020-ci il tarixdə səhər saat 07-30 radələrində Mövlüd ona demişdir ki, əgər istəyirsə aldığı narkotik vasitədən ona da versin, o da istifadə etsin. O da onunla razılaşmışdır. Mövlüd ona öz evində aldığı narkotik vasitədən bir dəfə istifadə etmək üçün vermiş, o da həmin narkotik vasitədən ayaq yolunda istifadə etmişdir. Bundan sonra o, evi təmir etmək üçün apardığı alətləri öz avtomobilinə yığmışdır. O, sükanın arxasına əyləşmiş, Mövlüdla həyat yoldaşı Naira arxada oturmuşlar. O, narkotik sərxoşluğu vəziyyətində avtomobili Bakı şəhərində 20 Yanvar dairəsinə qədər idarə etmiş, lakin yorğun olduğundan oradan avtomobilin sükanını Mövlüda vermişdir. Avtomobili Şəki rayonuna qədər Mövlüd idarə etmişdir. Şəki rayonu Vərəzət-Oraban younda Mövlüd avtomaşını, tualetə getmək adı ilə saxlamışdır. Mövlüd və o avtomaşından yerə düşmüşlər. Onunla bir qədər çökək yerə düşmüşlər ki, Naira onları görməsin. Yüngül tələbatlarını ödəyən zaman Mövlüd cibindən gümüşü kağıza bükülmüş bükülünü çıxardıb ona vermiş və narkotik vasitə olan şüşə olduğunu demişdir. O da Mövlüddan aldığı bir büküm narkotik vasitə olan şüşəni sağ yan cibinə qoymuşdur. Yenidən qayıdıb avtomaşına minmişdir. Şəki şəhərinə girəcəkdə Mövlüdün idarə etdiyi avtomobilə DYPB-nin əməkdaşı saxla işarəsi vermiş, Mövlüd avtomobili saxlamışdır. Polis əməkdaşı avtomobilin sənədləri ilə maraqlanmış, sonra bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşmış və onları PŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşıb polis şöbəsinə gəlmişlər. ŞRPŞ-də müayinə zamanı onun narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. O, bundan əvvəl də, 2020-ci il tarixdə Samux rayonunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə edilmiş və həmin cərimə məbləğini ödəmişdir. Etdiyi hərəkətdən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil izahat verərək protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan DİN-nin DYP “web portalı”ndan xx xxxxxx 2020-ci il tarixdə çıxarılmış xx.xx.2020-ci il tarixli, İXP-3104952 seriya nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi onun özünün etirafedici izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, beş gün müddətinə inzibati həbs edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov İş № 3(075)-102/2019 İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması haqqında QƏRARDAD Şəki Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, Müəyyən etdim: Şəki ŞRPŞ-dan daxil olmuş inzibati materialda göstərilir ki, X2 xx xxxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində sürücülük hüququ olduğu halda alkoqol sərxoşluğu vəziyyətində «Vaz-21099» markalı, **-NV-*** dövlət qeydiyyat nömrəli minik avtomobilini Şəki rayonu ərazisində idarə edərkən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətlərinə aiddir, işə hakim tərəfindən baxılmasını istisna edən hallar yoxdur, işin icraatını rədd edən hallar mövcüd deyildir, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair sənədlər düzgün tərtib edilmişdir. İş üzrə əlavə materialların tələb edilməsi, ekspertizanın təyin olunması, işə baxılmasının təxirə salınması zərurəti yoxdur. Odur ki, Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.1-ci maddələrinin tələblərini rəhbər tutub, Qərara alıram: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə ŞRPŞ-dən daxil olmuş daxil olmuş inzibati xəta haqqında işin məhkəmə baxışı xx xxxx 2019-cu il tarixə saat 17:00-a Şəki Rayon Məhkəməsinin binasına təyin edilsin. İnzibati xəta haqqında işə barəsində icraat aparılan şəxsin iştirakı ilə baxılsın. Proses Azərbaycan dilində aparılsın. Şəki Rayon Məhkəməsinin hakimi: Cahid İmanov.
Məhkəmə qərarları › İş №3(075)-726/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-726/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver