Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-726/2021 29.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs barəsində 29 dekabr 2021-ci il tarixdə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmənin icraatına Şəki ŞRPŞ-dan daxil olmuş iş materiallarında olan Şəxs barəsində 28 dekabr 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 28.12.2021-ci il tarixdə saat 15:50 radələrində M.Ə.Rəsulzadə prospektində yerləşən “Ekonom” marketin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən 157, 209, 212.1, 227, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2, 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4,344-347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355- 358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiti baxır. Qeyd edilən Fərmanın 5.1-ci bəndində göstərilən digər inizbati xəta tərkibləri ilə yanaşı İXM-nin 510-cu maddəsi üzrə inzibati işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiti baxır. Deməli Şəki ŞRPŞ-si özü qeyd edilən inzibati xəta haqqında işləri məhkəməyə göndərmədən özləri baxmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Buna görə də hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki ŞRPŞ-ya geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-726/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-726/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver