Məhkəmə qərarları › İş №3(075)-727/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-727/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-727/2022 01.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X13 iştirakı ilə X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X13 onun barəsində tərtib etdiyi 13 yanvat 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X23 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilmə haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Dərəcənnət kəndində yaşayır. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X23 xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində ona məxsus iribuynuzli heyvanların Şəki rayonu Aşağı Göynük kəndində nəzarətsiz qalaraq kənd sakinlərinin əkin sahələrini girməsini qeyd edərək barəsində əsassız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Aradan iki il keçdikdən sonra ona Şəki rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə çağırış gəlmişdir. O, çağrışa əməl edərək xx.xx.2022-ci il tarixdə Şəki rayon İcra və Probasiya Şöbəsinə getmişdir. Orada onun həmin vaxt heyvanların sahibsiz buraxılması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edildiyi məlum oldu. Hesab edir ki, onun barəsində həmin qərarın qəbul edilməsinə səbəb yalan məlumatın verilməsidir. Çünki qərarı qəbul edən Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X23 onu görüb tanımadan barəsində qərar qəbul etmişdir. Heyvanların sahibsiz buraxılması ilə bağlı barəsində yazılmış protokolun onunla heç bir əlaqəsi yoxdur. Belə ki o, Şəki rayonu Dərəcənnət kəndində yaşayır, lakin sözügedən hadisə Şəki rayonu Aşağı Göynük kəndində baş vermişdir. Məsələ ilə bağlı barəsində protokol tərtib etmiş sahə rəisi X23 ilə əlaqə saxladıqda ona protokolu kənd sakinlərinin deməsinə görə yazıldığı bildirilmişdir. Göründüyü kimi barəsində yazılmış protokol əsassızdır. Həmçinin barəsində qərar qəbul edilsə də, onun izahatı alınmamış və ya bu barədə ona heç bir məlumat verilməmişdir. Bütün bunlara görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, ərizəsi əsaslıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 məhkəmə iclasına gəlməmişdir. X2 məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X23 bildirdi ki, X6 şikyəti əsassızdır. X26 оğlu Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 200 mаnаt məbləğində inzibаti cərimə edilmişdir. İnzibati protokol və qərar tam düzgündür. Belə ki, baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxslərin ərizələri əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırma aparılmış, izahatlar alınmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və təqsirli şəxslər barəsindən Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci mаddəsinə əsasən protokol tərtib edilmişdir. Hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş materiallar Şəki Rayon İcra və Probasiya Şöbəsindən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X23 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X23 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X17 HK-1/ 1310 nömrəli material üzrə 09 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Şəki ŞRPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon X33 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 19 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, X9, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmiş, lakin həmin cəriməni qərar qüvvəyə mindiyi gündən bir aydan artıq vaxt keçməsinə baxmayaraq ödəməmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 20 aprel 2022-ci il tarixli qərarının və tələbin könüllü icra edilməsi barədə bildirişin surətindən görünür ki, X7 Şəki ŞRPŞ-nin 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi bildirilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Bunun əksi olaraq iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və materialda olan izahatında X9 göstərmişdir ki, heyvanlara özü nəzarət etmiş, həmçinin xırda və iribuynuzlu heyvanların özünə məxsus olmasını və özünün ehtiyatsızlığından həmin heyvanların Şəki rayonu, Aşağı Göynük kənd sakinlərinin otaq sahələrinə girərək otlamalarını, 106 baş iribuynuzlu və 362 baş xırdabuynuzlu heyvanları nəzarətsiz buraxmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu, Aşağı Göynük kənd sakinləri, X14, X3, X10, X18, X5, X24, X4 Pərviz Bayram oğlu ərizə ilə Şəki şəhərrayon Polis Şöbəsinə müraciət edərək bildirmişlər ki, 21 sentyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Dərəcənnət kəndinin İcra nümayəndəsi Cabir adlı şəxsə məxsus olan 105 baş iribuynuzlu mal-qara onlara məxsus Aşağı Göynük kəndində yerləşən pay torpaqlarında əkdikləri yonca sahəsini otlayaraq yarasız hala salmışdır. Bu hal dəfələrlə təkrar olunmuşdur. Daha sonra zərərçəkən kənd sakinləri Cabirə məxsus mal-qaranı Aşağı Göynük kəndinin İcra nümayəndəliyinin qarşısına gətirmişlər. Həmçinin Şəki rayonu, Aşağı Göynük kənd sakinləri, X11, X25, X19, X14, X16, X20 ərizə ilə Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət edərək bildirmişlər ki, 23 sentyabr 2021-ci il tarixdə, saat 09:20 radələrində Dərəcənnət kəndinin İcra nümayəndəsi Cabir adlı şəxsə məxsus olan 106 baş iribuynuzlu və 362 baş xırdabuynuzlu heyvan Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən Daşlıgirmə adlanan ərazidə onlara məxsus otlaq sahəsini otlayaraq yarasız hala salmışdır. Cabir adlı şəxs öz heyvanlarını onların otlaq sahəsində otlatmaqla onlara mddi ziyanlıq vurmuşdur. Məhkəmə qeyd edir ki, Şəki rayonu, Aşağı Göynük kənd sakinlərinin ərizələri əsasında Şəki şəhər-rayon Polis Şöbəsində kifayət qədər araşdırma aparılmış, lazımi şəxslərin izahataları alınmış, baş vermiş hadisə ilə bağlı təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb edilmişlər. Məhkəmə, X6 şikayət ərizəsinə münasibət bildirərək qeyd edir ki, şikayətçi ərizəsində yalan məlumatlar əsasında barəsində əsassız protokol tərtib edilməsini, protokol tərtib edən şəxs tərəfindən onun izahatının alınmamasını, həmçinin sözügedən hadisə ilə bağlı ümumiyyətlə onun heç bir əlaqəsinin olmamasını göstərmişdir. Halbuki iş materiallarından görünür ki, Şəki şəhər-rayon Polis Şöbəsində material üzrə X6 izahatı alınmış və o, izahatında həmin heyvanlara özünün nəzarət etməsini, həmçinin xırda və iribuynuzlu heyvanların özünə məxsus olmasını, və özünün ehtiyatsızlığından həmin heyvanların Şəki rayonu. Aşağı Göynük kənd sakinlərinin otlaq sahələrinə girərərk otlamalarını, 105 baş iribuynuzlu və 362 baş xırdabuynuzlu heyvanları nəzarətsiz buraxmasına görə məsuliyyət daşımasını və gələcəkdə belə halların təkrarlanmayacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X23 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilmə haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar