Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-727/2023 09.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 və zərərçəkmiş şəxs X5 iştirakları ilə iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-801/2021-003 saylı, 20 may 2021-ci il tarixli icra sənədinə əsasən 05 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay üçün sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq iddiaçı X8 verilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-801/2021-003 saylı, 20 may 2021-ci il tarixli icra sənədinə əsasən 05 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay üçün sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq iddiaçı X8 verilməlidir. Aliment tutulmasının əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İcra sənədi 21 may 2021-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən aliment vaxtında ödənilməmiş və nəticədə 840 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Şöbədə olarkən borcluya 840 manat aliment borcunun olduğu bildirildi, ümumiyyətlə aliment ödəyibödəməməsi barədə sual verildi, borclu bildirdi ki, indiyədək nə qədər aliment ödədiyini dəqiq bilmir, lakin aliment ödəyib. Yaranmış aliment borcunun ödənilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbi yerinə yetirmədi, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Hal-hazırda isə borclunun 840 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranmasını uşağını onunla görüşdürülməməsi və imkanı olmaması səbəbindən olduğunu bildirmiş, aliment borcunu ayda müəyyən hissələrlə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-801/2021-003 saylı, 20 may 2021-ci il tarixli icra sənədinə əsasən 05 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay üçün sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq iddiaçı X8 verilməlidir. İcra sənədindən məlumatı vardır. O, hal-hazırda fəhləlik etməklə qazanc əldə edir. Bildirmişdir ki, maddi sıxıntıları ilə əlaqədar alimenti ödəməmişdir. O, uşağını tələbkar X4 04 avqust 2023-cü il tarixdə almışdır. Bir müddət birgə nikahdan olan uşaqları onun yanında qalmışdır. Hazırda o, birgə nikahlarından olan uşaqlarını tələbkar X8 qaytarmışdır. O, icra sənədində göstərilən aliment borcundan 400 manat məbləğdə tələbkara ödəniş etmişdir. Onun ödənilməyib qalan aliment borcu 440 manat təşkil edir. Həmin aliment borcunu da həftə sonuna kimi ödəyəcəyinə söz verir. Törətmiş olduğu əməlindən peşmandır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 izahat verərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədində göstərilə naliment borcundan məhkəmə iclası zaman 400 manat məbləğdə ödəniş etmişdir. Onun hal-hazırda 440 manat məbləğdə ödənilməmiş aliment borcu qalmışdır. Həmin borcunu həftə sonuna kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi borclu Şəxs icra sənədini icra etməkdə qərəzli olaraq boyun qaçırmır. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-801/2021-003 saylı, 20 may 2021-ci il tarixli icra sənədinə əsasən 05 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay üçün sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq ona verilməlidir. Bildirmişdir ki, borclu Şəxs birgə nikahlarından olan uşağı avqust ayının 4-də görüşmək üçün aparmışdır. Bir müddət uşağı özlərində saxladıqdan sonra geri qaytarmışdır. Bildirmişdir ki, borclu Şəxs ödənilməmiş qalan aliment borcundan ona 400 manat məbləğdə ödəniş etmişdir. Onun hal-hazırda 440 manat məbləğdə aliment borcu qalmışdır. Borlu həmin aliment borcunu da həftə sonuna kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. Hal-hazırda onun Şəxs arasında barışıq əldə edilmişdir. Onun Şəxs hər hansı şikayət tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı tələbkar X8 ödənilməmiş qalan aliment borcundan 400 manat məbləğdə ödəniş etmişdir. Ödənilməmiş qalan 440 manat məbləğdə aliment borcunu da həftə sonuna kimi ödəməyi öhdəsinə götürmüşdür. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X10 tərəfindən yazımış qəbzdən görünür ki, X10 2(075)-801/2021-003 saylı, 20 may 2021-ci il tarixli icra sənədinə əsasən 400 manat məbləğdə aliment pulunu Şəxs almışdır. Ödənilməmiş qalan aliment borcu 440 manat təşkil etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X10 tərəfindən yazımış ərizədən görünür ki, X10 ilə Şəxs arasında barışıq əldə edilmiş, X5 Şəxs hər hansı şikayəti tələbi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-727/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-727/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver