Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-727/2024 08.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti tərəfindən hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, xx.xx.2024-cü il tarixdə Şəki-Aşağı Göynük-Baqqal yerli əhəmiyyətli avtomobil yolunun 16-cı km. hissəsində, avtomobil yolunun mühafizə zolağında "xxxx" ASC tərəfindən müvafiq icazə alınmadan, təhkim zolağında (suötürücü qurğu vasitəsi ilə) kommunikasiya xətti (elektrik xətti) çəkilməklə, yolhərəkət təhlükəsizliyi qaydaları pozulmuşdur. Nəticədə «Azərişıq” ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə X3 Xidmətinin əməkdaşları xidməti ərazidə baxış keçirərkən, "xxxx" ASC tərəfindən Şəki-Aşağı Göynük- Baqqal yerli əhəmiyyətli avtomobil yolunun 16-cı km. hissəsində qazıntı işlərinin aparılması aşkar edilmişdir. Bununla bağlı müvafiq akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, aşkar olunmuş inzibati xəta ilə bağlı fotoşəkillər və video çəkilərək, materiala əlavə edilmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəki-Aşağı Göynük-Baqqal yerli əhəmiyyətli avtomobil yolunun 16-cı km. hissəsində, avtomobil yolunun mühafizə zolağında "xxxx" ASC tərəfindən müvafiq icazə alınmadan, təhkim zolağında (suötürücü qurğu vasitəsi ilə) kommunikasiya xətti (elektrik xətti) çəkilməklə, yol-hərəkət təhlükəsizliyi qaydaları pozulmuşdur. Bu səbəbdən "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti tərəfindən hüquqi şəxs "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 11-1/2-354-125/2024 nömrəli məktubdan görünür ki. Azərişıq ASC-nin əməkdaşları inzibati xətaya dair protokolu imzalamaqdan və təhvil almaqdan imtina etdikləri üçün məlumat üçün göndərilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin məsul əməkdaşları tərəfindən Azərişıq ASC-nin əməkdaşlarına hüquq və vəzifələri izah edilmiş və xx.xx.2024-cü il tarixdə Şəki-Aşağı Göynük-Baqqal yerli əhəmiyyətli avtomobil yolunun 16-cı km. hissəsində, avtomobil yolunun mühafizə zolağında "xxxx" ASC tərəfindən müvafiq icazə alınmadan, təhkim zolağında (suötürücü qurğu vasitəsi ilə) kommunikasiya xətti (elektrik xətti) çəkilməklə, yol-hərəkət təhlükəsizliyi qaydaları pozulması aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. 15-1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. 16-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə tunellərin, körpülərin, estakadaların və digər yol qurğularının üzərindən müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında normalarla qadağan olunmayan müvafiq mühəndisi kommunikasiyalar çəkilə bilər. Kommunikasiyaların çəkilməsinə icazəni yol qurğularının mülkiyyətçiləri verir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli Qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 354.0.2-ci maddəsinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-727/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-727/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver