Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-728/2022 21.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, X1 Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdim: X3 şikayət ərizəsi məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etsə də şikayətinə inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmiş, beləliklə onun barəsində inzibati xəta haqqında qərarın qəbul edilib-edilməməsi qeyri-müəyyən olaraq qalmışdır. İnzibati xəta haqqında qərarın qəbul edilməsi müəyyən edilmədiyindən qeyri-müəyyən bir qərarın ləğv edilməsi məsələsinin müzakirəsi mümkünsüzdür. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 şikayəti geri qaytarılmalı, qərarda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: X1 Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə ərizəsi geri qaytarılsın. Qərarda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Hakim Elçin Mehdiyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 21 oktyabr 2022-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, X1 inzibati xəta haqqında qərardan şikayətinə və ona əlavə edilmiş sənədlərə Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:00-da başlandı. X3 tərəfindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Hesab edirəm ki, X1 inzibati xəta haqqında qərardan şikayəti İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən şəxsə geri qaytarılmalıdır. Buna görə də bununla bağlı qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:10-da qurtardı. Şəki Rayon Məkəməsinin hakimi: Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-728/2022 21 oktyabr 2022-ci il X2 (Şəki rayonu Dərəcənnət kəndi) Şəki Rayon Məhkəməsi hakiminin şikayətin geri qaytarılması haqqında 21 oktyabr 2022-ci il tarixli, 3 (075)-728/2022 saylı qərardadı Sizə göndərilir. Qoşma: qərardad 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-728/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-728/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver