Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-73/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçi xxx qızının iştirakı ilə Ərizəçi xxx qızının Şəki ŞRPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xxx qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi xxx qızı bildirdi ki, o, X2 eyni binada və qonşu mənzildə yaşadığından tanıyır. Pərvanə əvvəllər də Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicə olunmuşdur. Hal-hazırda da arabir heç bir səbəb olmadan əsəbləşir və hərəkətlərinə nəzarət edə bilmir. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində 3-cü mərtəbədə yaşayan Minə adlı şəxsin yaşadığı otağa getmişdir. Həmin vaxt Pərvanə də orada olmuşdur. Pərvanə tez-tez yaşadığı mənzilə gəldiyi üçün ondan xahiş etmişdir ki, yaşadığı mənzilə gəlməsin. Bundan sonra isə Pərvanə əsəbi şəkildə onun üstünə gəlmiş və aralarında sözlə mübahisə yaranmışdır. Lakin o, həmin vaxt Pərvanəni vurmamış, ümumiyyətlə, aralarında hər hansı fiziki təmas olmamışdır. Bu faktları hadisəni görən Minə də təsdiq edə bilər. Bundan sonra Pərvanə Əhmədova polis şöbəsində şər-böhtan xarakterli izahatlar vermiş, təhqiqat orqanı tərəfindən isə heç bir obyektiv araşdırma aparılmadan, şahidləri dindirilmədən, yalnız “zərərçəkmiş” Pərvanə Əhmədovanın izahatı əsas götürülərək qərar qəbul edilmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən HK-1/1565 nömrəli material üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X4 xx xxxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, eləcə də, Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək, qeyd olunan tarixdə qonşusu “Gözəl” adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan başqa xx xxxxxx 2020ci il tarixdə icraatına Şəki MRX-dan X3 “sol əlin 4-cü barmağının əzilmiş yarası” xəsarəti ilə tibbi yardım göstərilməsi barədə xəstəxana məlumatı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş HK-1/1565 nömrəli material üzrə X1 izahatından görünür ki, Gözəl Feyzullayeva onun qonşusudur. Həmin şəxslə uzun müddətdir ki, münaqişəlidirlər. Belə ki, Gözəl Feyzullayeva öz əri Zauru ona qısqandığından dəfələrlə aralarında münaqişələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində qonşuluqda yaşayan Minə adlı şəxsin yaşadığı otağa qonaq getmişdir. Bir müddət sonra isə həmin otağa qonşusu Gözəl Feyzullayeva da gəlmişdir. Gözəl Feyzullayeva gəldikdən sonra sərt şəkildə ona öz yaşadığı otağa getməyi bildirmişdir. Bundan sonra isə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı isə Gözəl onun əllərindən tutmuş, dırnağı ilə cırmaqla ona xəsarət yetirmişdir. Daha sonra isə o həmin otağı tərk edərək yaşadığı mənzilə getmişdir. İş materiallarına əlavə edilmiş HK-1/1565 nömrəli material üzrə xxx qızının izahatından görünür ki, məhkəmə iclasında verdiyi izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş HK-1/1565 nömrəli material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 531 nömrəli tibbi müayinə rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər iki əlin üst səthinin sıyrıqları bərk-küt əşyanın təsirindən törənmişdir, döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx xxxxxx 2020-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xxx qızı xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında qonşusu gəlini X2 döymüşdür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xxx qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xxx qızının ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından və işin faktiki hallarından məlum olur ki, qeyd edilən hadisə lazımınca araşdırılmamışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə xxx qızı və X4 arasında baş vermiş mübahisənin bilavasitə şahidi olmuş bir nəfər belə şahidin izahatı alınmamış və ya olmuş real şahidlər ilkin araşdırma zamanı aşkar edilərək dindirilməmişdir. Bundan başqa hadisəni bilavasitə görən hadisə yerindəki “Minə” adlı şəxsin və digər qonşuların izahatları alınmamışdır. Göründüyü kimi Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən hərtərəfli araşdırma aparılmamış, yalnız zərərçəkmişin izahatına əsaslanaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən xxx qızının barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən xxx qızının barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-73/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-73/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver