Məhkəmə qərarları › İş №3(075)-731/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-731/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-731/2025 19.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, xx.xx.1968-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 11 saylı Ərazi Vergilər Baş İdarəsində tərtib olunmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 29 oktyabr 2025-ci il tarixdə 09:14 radələrində Şəxs Şəki şəhəri, S.Rəhman ünvanında yerləşən baytarlıq aptekində pərakəndə qaydada satış ilə məşğul olduğu müəyyən edilmişdir. İş materiallarında olan: - Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdən xüsusi razılıq (lisenziya) olmadan baytarlıq peraparatlarının satışı fəaliyyəti ilə məşğul olur. Xüsusi razılıq olmadan fəaliyyət göstədiyi dövr ərzində 200 manat xalis mənfəət əldə etmişdir. Qısa zamanda lisenziyanın alınmasını təmin edəcəkdir. İzahatının nəzərə alınmasını xahiş etmişdir. - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********413 saylı qərardan görünür ki, Şəxs məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi, məsələsi(ləri) üzrə xx.xx.2025 il tarixdən (xx.xx.2025 tarixi daxili olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında **********172 saylı qərardan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4013 saylı qərara əlavələr (dəyişikliklər) edilməsi qərara alınmışdır. - Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında 29 oktyabr 2025-ci il tarixli, 001573 saylı aktdan görünür ki, baytarlıq dərmanlarının pərakəndə satışı həyata keçirilir. xx.xx.2025-ci il tarixdə saat 09:14 radələrində sahibkarlar Şəxs Şəki şəhəri, S.Rəhman ünvanında yerləşən baytarlıq aptekində xüsusi razılıq (lisenziya) olmadan baytarlıq dərmanlarının pərakəndə satışını həyata keçirdiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində - 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar