Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-732/2022 26.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Hüseynəliyeva Günay Asif qızının katibliyi, protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis leytenantı X8, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi X14 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, orta təhsilli, evli, işləyən, Şəki rayonu, Cəfərəbad kəndində qeydiyyatda olan və yaşayan X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X12 tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 03 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində X10 işlədiyi Cəfərəbad kənd tibb məntəqəsinə gələrək orada nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X5 03 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində X10 işlədiyi Cəfərəbad kənd tibb məntəqəsinə gələrək orada nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir, tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında göstərdi ki, Şəlalə ilə rəsmi şəkildə evlidirlər və iki övladları var. Şəlalə uşaqları götürüb, evi tərk edib atası evinə getmişdir. xx.xx.2022-ci il tarixdə Şəlalənin işlədiyi tibb məntəqəsinə getmişdir. Onu problemlərlə bağlı söhbət etmək üçün kənara çağırdığında ona kobud cavab verərək onunla söhbət etmək istəmədiyini və boşanmaq istədiyini bildirmişdir. O, uşaqları 1 dəfə olsun valideyinlərinin yanına aparıb görmək istədiyini demişdir. Lakin Şəlalə ona lazımsız sözlər deyərək oradan uzaqlaşmışdır. Onun ora getmək səbəbi barışığın əldə olunması olmuşdur. Ailəsinin dağılmağını istəmədiyi üçün söhbət etməyə getmişdir. Aralarında mübahisə olmuşdur, lakin, o, heç bir nalayiq ifadələr işlətməmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan heç bir inzibati xətanı törətməmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Müdafiəçi X1 Fərahim Tapdıq oğlunun barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında göstərdi ki, Fərahim iş yerinə gelib onu və işçiləri tez-tez narahat edir. Son üç ayda dörd dəfə gəlmiş, səs küy salmışdır. Onun iş yoldaşları da Fərahimin əlindən artıq beziblər. Evli olduqları müddətdə də aralarında münaqişələr yaranıb. Fərahim onu dəfələrlə təhqir etmiş, ölümlə hədələmişdir. Sonuncu dəfə də iş yerinə gələrək onu, valideyinlərini təhqir etmiş, səs-küy salmışdır. İş yoldaşları ilə həyətdə oturarkən orada ona yaxınlaşıb nalayiq ifadələr işlətməyə başlamışdır. Səsə onun işlədiyi tibb məntəqəsinin mühafizəçisi X20 onu yola salmışdır. Məhkəmədən Fərahim Bayraməliyev barəsində qanuni tədbirlər görülməsini xahiş edir İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə X2 özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq, qeyd edir ki, onun inzibati xətanı tərətməsi, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilən X6 və X15 izahatları ilə tam təsdiq olunur. Göründüyü kimi X5 tibb məntəqəsində olduğu müddətdə səs-küy salaraq, ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da o, məntəqənin normal iş fəaliyyətini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 26 oktyabr 2022-ci il saat 09:30-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-732/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-732/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver