Məhkəmə qərarları › İş №3(075)-746/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-746/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-746/2022 23.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 oğlunun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X11 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati tənbeh növü kimi təyin edilmiş 1000 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhər sakini X20 ilə 3 ay müddətinə əmək müqaviləsi bağlanılmaqla “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 985 nömrəli əmri ilə Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. Müddət bitdikdən sonra həmin əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilmədiyinə görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1686 nömrəli əmri ilə o, xx.xx.2022-ci il tarixdən X20 tutduğu vəzifədən azad edilmişdir. X15 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin 05.10 2022-ci il tarixli **********9 nömrəli məktubundan göründüyü kimi, Şəki şəhər sakini, hazırda “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsininin tibb bacısı vəzifəsində çalışan X13 yaxın qohumu X14 əmək müqaviləsinə xitam verilməsi (ləğv edilməsi) məsələsi ilə bağlı X15 Xidmətinə müraciət etsə də, X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X17 xidməti vəzifəsindən irəli gəlmədən öz təşəbbüsü ilə X6 haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın və əmək haqqının) verilməsinin gecikdirilməsi məsələsi ilə bağlı əmək müqaviləsinin tərəfi (üçüncü tərəf) kimi özünəməxsus şəkildə əlavə mübahisə yaratmaqla araşdırma aparmış, onun barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bu protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə istinad edilmişdir. Nəticədə işə mahiyyəti üzrə baxılmadığına görə inzibati tənbeh növü kimi 1000 manat miqdarda cərimə olunmuşdur. X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu bəndinə (maddəsinə) istinad edilərək müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərmək əvəzinə, müraciətin həlli ilə bağlı olmayan məlumat və sənədlərin tələb edilməsi göstərilmişdir. Halbuki “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə əsasən informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə çıxır ki, inzibati xəta haqqında işə baxarkən X15 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin rəisi qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən tələb etməklə korrupsiyaya şərait yaradan hüquqpozma törətmişdir. Beləliklə, Şəki şəhər sakini X20 qanunsuz və əsassız işdən çıxarılmadığına görə müraciətin əsaslı olduğu təsdiq edilməmişdir. Məhkəmə iclasında izahat verən X3 qeyd etdi ki, onun barəsində tərtib edilmiş qərarla razı deyil. Protokol tərtib etmiş şəxs tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Belə ki, Şəki şəhər sakini X20 ilə 3 ay müddətinə əmək müqaviləsi bağlanılmaqla “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 985 nömrəli əmri ilə Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, müddət bitdikdən sonra həmin əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilmədiyinə görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1686 nömrəli əmri ilə o, xx.xx.2022-ci il tarixdən X20 tutduğu vəzifədən azad edilmişdir. Şikayətçinin işə bərpası ilə bağlı müraciəti əsasında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi araşdırma aparmış və əmək müqaviləsinə xitam verilməsini qanuni və əsaslı olduğunu müəyyən etmişdir. Lakin X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi şikayətin məzmunundan kənara çıxaraq digər məsələləri araşdırmış və şikayətçi ilə bağlı son haqq-hesabın hesablanıb verilməsinin gecikdirilməsi səbəbindən onun barəsində protokol tərtib etmişdir. O. əmrdə son haqq-hesabın hesablanıb verilməsini maliyyə şöbəsinə tapşırmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X18 bildirdi ki, X21 оğlu Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 1000 mаnаt məbləğində inzibаti cərimə edilmişdir. X5 şikyəti əsassızdır. Belə ki, X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən müraciət əsasında araşdırma aparılmış və X12 İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Araşdırma nəticəsində müəyyən olunub ki, müraciət edən şəxs müddətli əmək müqaviləsi ilə işləyib və vaxt bitdikdən sonra Əmək Məcəlləsinin 68.2.1-ci maddəsinə əsasən müqaviləyə xitam verilib. Lakin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, qanunun tələbinə əsasən müqaviləyə xitam verilən gün işçiylə son haqq-hesab edilməli idi. Qanunun həmin tələbi pozulmuşdur. Şikayətçi müraciətində işə bərpa olunmaq, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Səlahiyətləri daxilində araşdırılma aparılmışdır. Belə ki, şəxsin işdən azad olunması qanuni və əsaslı olsa belə digər hüquqlarının pozulmasını araşdırmaq X15 Xidmətinin səlahiyyət daxilindədir. Bundan başqa tərəflərindən bir neçə dəfə Məcid müəllimə məktub göndərilmiş, sübutlar təqdim olunması xahiş olunmuş, lakin həmin məktublara cavab verilməmişdir. Hesab edir ki, Əmək Məcəlləsinə əsasən hazırki pozuntuya görə məsuliyyət daşıyan şəxs işəgötürən, yəni X7r. Əmək Məcəlləsinin 11-ci maddəsi işə götürənin hüquqlarını və vəzifələrini müəyyən edir. İşçini işə götürmək ona əmək müqaviləsi bağlamaq, müqavilədə dəyişiklik eləmək işə götürənin hüququdur. Ona görə də, inzibati protokol və qərar tam düzgündür şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X15 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 16 iyun 2022-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, X20 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi ilə Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 16 sentyabr 2022-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, X20, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 17 sentyabr 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutuduğu vəzifədən azad edilmiş və işdən azad edilməsi ilə əlaqədar X6 haqq-hesabın hesablanıb verilməsi maliyyə şöbəsinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X8 ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, X14 işdən azad edilməsi ilə bağlı müraciətinə baxılması 17 oktyabr 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuş və X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinə dəvət olunaraq sübutların təqdim edilməsi təklif olunmuşdur. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış həmin məktub 12 oktyabr 2022-ci il tarixdə “İskəndərova” qeydi ilə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X8 ünvanlanmış 17 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, X12 barəsində tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılması 21 oktyabr 2022-ci il tarixə, saat 11:00-a təyin olunmuş, direktorun və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi, həmçinin sübutların təqdim edilməsi təklif olunmuşdur. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış həmin məktub 19 oktyabr 2022-ci il tarixdə “İskəndərova” qeydi ilə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X8 ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, 21 oktyabr 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmaqla dəvət edilməsinə və sübutların təqdim edilməsinə baxmayaraq publik hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X3 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 16 iyun 2022-ci il tarixli əmrinə əsasən X20 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi ilə Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 16 sentyabr 2022-ci il tarixli əmrinə əsasən X20 ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 17 sentyabr 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutuduğu vəzifədən azad edilmişdir. X13, X14 əsassız olaraq işdən azad edilməsini bildirərək X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinə müraciət etmişdir. X15 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsində araşdırma aparılaraq “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilərək 1000 manat inzibati cərimə etmişdir. X2 qərarı əsassız hesab edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, X12, X20 ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verərkən ona son haqq-hesabı ödəməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Belnəlxalq Bankı tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, X14 hesabına sonuncu əmək haqqı 05 oktyabr 2022-ci il tarixdə yüklənmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, sonuncu ilə bağlanmış əmək müqaviləsinə 16 sentyabr 2022-ci il tarixdə xitam verilsə də, qanunvericiliyə zidd olaraq ona ödənilməli son haqq-hesab 20 günə yaxın müddət ötürülməklə, yəni 05 oktyabr 2022ci il tarixdə ödənilmişdir. Məhkəmə iclasında X4 Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsi şikayətçinin işə bərpa olunması ilə bağlı müraciətindən kənara çıxaraq aparılan haqqhesabların kecikdirilməsini araşdırmalı olmadığını bildirsədə məhkəmə hesab edir ki, qeyd olunan hal şikayətçinin hüquqlarının bərpa olunması ilə birbaşa əlaqəli olduğundan aparılan araşdırılma və onun əsasında qəbul edilmiş protokol və qərar əsaslıdır. Bundan başqa iş materiallarından da göründüyü kimi, inzibati araşdırılma aparılan zaman sübutların təqdim olunması ilə bağlı protokol tərtib edən şəxs tərəfindən məlumat verilməsinə baxmayaraq barəsində protokol tərtib edilmiş şəxs tərəfindən inzibati xətanın kimin təqsiri üzündən törədilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə, nə də onun barəsində inzibati xəta haqqında qərar qəbul etmiş orqana təqdim edilməmişdir. Odur ki, X12 işəgötürən kimi inzibati xətanı törətmiş və inzibati məsuliyyətə cəlb olunmalıdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitarepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar