Məhkəmə qərarları › İş №3(075)-747/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-747/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-747/2022 02.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1989/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 300 manat mənəvi zərər, Azərbaycan manatı məzənnəsi ilə 12000 ABŞ dolları pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Bakı şəhəri 22 saylı notariat kontorunuun 3 M-130 nömrəl, 25 avqust 2016-cı il tarixli icra qeydinə əsasən 6010 manat Şəxs alınıb X5 ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1983/2019 saylı, 05 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 300 manat mənəvi zərər və qətnamənin edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 12000 ABŞ dolları borc pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidirİcra sənədi xx.xx.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Bakı şəhəri 22 saylı notariat kontorunun 3M-130 nömrəli, 25 avqust 2016-cı il tarixli icra qeydinə əsasən 6010 manat Şəxs alınıb X5 ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə icra sənədi icrasız qalmışdır. Həmçinin borclunun yeri məlum olmadığından barəsində axtarış qərarı qəbul edilərək Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmiş, borclu Şəxs polis tərəfindən tapılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilimişdir. Borclu icra şöbəsində olarkən icra sənədinin icrası tələb edilmiş, borclu icra sənədi üzrə olan borcunu ödəməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir Borclu Şəxs xx.xx.2022-ci il tarixli izahatında borcunu gələcəkdə işləyərkən ayda hissəhissə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin icra sənədinə əsasən ondan 300 manat mənəvi zərər, Azərbaycan manatının məzənnəsi ilə 12000 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Bundan başqa Bakı şəhəri 22 saylı notariat kontorunuun icra qeydinə əsasən 6010 manat ondan alınıb X5 ödənilməlidir. Ramizə hissə-hissə olmaqla 2610 manat ödəniş etmişdir. Ödənişlə bağlı qəbzləri var, lakin Bakı şəhərində olduğu üçün təqdim edə bilmir. X2 ilə razılığa gəlmişdir, onun borcunu hissə-hissə ödəyəcəkdir. Hal-hazırda işləmir, gəlir yeri yoxdur. Ona görə də, ödəniş edə bilmir. Borc əslində onun borcu deyil. Anasının borcudur, sadəcə sənədləşmə onun adına edilmişdir. Hal- hazırda borcu hissə-hissə olmaqla ödəməyə razıdır və tələbkarla razılıq əldə etmək istəyir. Çağırışlara gəlməməsinin səbəbi isə borcları üzrə ödəniş etmək imkanının olmamasıdır. Qeyd olunanları nəzərə alıb qanuni və ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 qeyd edtdi ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi, Şəxs icra məmurunun qanuni tələblərini əməl etməkdən qəsdən boyun qaçırmış, məhkəmə qərarının və icra qeydinin icraya yönəldilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 02 noyabr 2022-ci il tarixdən, 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 02 noyabr 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar