Məhkəmə qərarları › İş №3(075)-748/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-748/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-748/2024 02.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikirət oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəki şəhər-rayon polis şöbəsi Dövlət X11 əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, mülkiyyətində olan “Mercedes Benz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Şəki şəhəri Salman Mümtaz küçəsi ilə İzzət Həmidov küçəsinin kəsişməsində hərəkətdə olarkən Şəki şəhər DYPB əməkdaşları ona sükan arxasında telefonla danışdığını bildirib saxla əmri vermiş və avtomobili saxlamış, polis əməkdaşları barəsində protokol tərtib etmişdirlər. Bundan sonra o, avtomobili yenidən hərəkətə başladığı zaman polis əməkdaşı ona təhlükəsizlik kəmərindən düzgün istifadə edilməməsi barədə bildirdikdə o, kəməri düzgün taxdığını bildirib sürüb gütmişdir. Daha sonra polis əməkdaşlarının növbəti saxla əmrində isə o, avtomobili yenidən saxlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən polisin qanuni əmrinə tabe olmama səbəbi ilə polis şöbəsinə aparılmışdır. O, həmin vaxt polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X9 X11 inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri Salman Mümtaz küçəsində xidmətdə olarkən “Mercedes Benz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü telefonla danışdığı üçün saxlamış, şəxsiyyəti müəyyən olunarkən Şəxs olduğu təsdiq olunduqdan sonra barəsində İXM-nin 342.6-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra sürücü təhlükəsizlik kəmərini başından yuxarı keçirdib getmək istəyərkən ona təhlükəsizlik kəmərindən düzgün istifadə edilməsi barədə irad bildirilmiş, lakin sürücü avtomobili kəməri düzgün taxdığını bildirib sürüb getmək istəyərkən ona saxla əmri verilməsinə baxmayaraq avtomobli idarə edərək getmişdir. Daha sonra dəfələrlə saxla işarəsi verdikdən sonra digər küçədə avtomobili saxlamışdır. Bundan sonra Şəxs polisin qanuni göstərişinə tabe olmadığından olduqları yerə Post Patrul xidmətinin əmkdaşları çağırılmış və birlikdə Polis Şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X9 X11 inspektoru X1 digər şahid X4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-B-109/1-17522 nömrəli raportdan görünür ki, “Mercedes Benz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən düzgün istifadə edilməməsini bildirdikdə Şəxs onlara etiraz edərək polisin qanuni tələbinə tabe olmamış və onlara şər atmışdır. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən tutularaq Şəki şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Polis haqqında qanununun 20-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq; nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək; qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq; yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq; yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək; yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək; təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş, Yol-patrul xidməti haqqında təlimatın 8.11-ci maddəsinə əsasən qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, hadisə və onun şahidləri (varsa) barədə məlumatlar göstərilməklə raport tərtib edilir və tabeçilik üzrə yuxarı vəzifəli şəxsə təqdim edilir. Həmin təlimatın 8.11-1 maddəsinə əsasən Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Polis haqqında qanununda və Azərbaycan Respublikasının DİN-nin Kollegiyasının təlimatında da göstərilənlərə əsasən, qaydanı pozan şəxsin hadisə yerini tərk etməsi ümumiyyətlə təhlükəsizlik kəmərini istifadə etməməsinə görə polisin saxla əmri verməsinə baxmayaraq hadisə yerini tərk etməsi polisin qanuni tələbinə qəsdən tabe olmama kimi qeyd olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Şəki rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşının tələbi ilə avtomobilin daşıdığı yükünün çəkisini müəyyən etmək üçün X6 müəyyən olunmuş yerə getməkdən imtina etməsini qanunvericiliyin normasından da göründüyü kimi polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş video diskdə olan görüntüdən görünür ki, Şəki rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı sürücü Şəxs barəsində protokol tərtib etdikdən sonra avtomobili idarə edib getmək istəyərkən ona təhlükəsizlik kəmərini düzgün istifadə etməsi barədə bildirilən irada məhəl qoymayıb avtomobili idarə etsə də, sonradan polis əməkdaşının saxla əmrini verməsi ilə avtomobili yenidən saxlayaraq heç bir tabesizlik göstərməmişdir. Bu hərəkətlər polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar