Məhkəmə qərarları › İş №3(075)-75/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-75/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-75/2025 04.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, X1 “X8 tərəfindən tərtib edilmiş EQ 25632647 saylı protokol və həmin protokol əsasında yazılmış xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 tərəfindən tərtib edilmiş EQ 25632647 saylı protokol və həmin protokol əsasında yazılmış xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsinə baxılması ilə bağlı məhkəmə iclası 4 fevral 2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. X2 məhkəməyə ərizə göndərərək, ona səhvən yazılmış cərimənin DYP tərəfindən silindiyindən şikayət ərizəsinin baxılmadan ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 həmin ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 “X8 tərəfindən tərtib edilmiş EQ 25632647 saylı protokol və həmin protokol əsasında yazılmış xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi” barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar