Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-757/2022 18.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə X1 Şəki ŞRPŞ-nin 12 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRBŞ-nin İTB-nin sahə rəisi X16 tərəfindən tərtib edilmiş 12 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, İ qrup əlil olmaqla heç bir məşğuliyyətlə məşğul ola bilmir. Bədəninin bir hissəsi iflic olduğu üçün əlavə məşğuliyyətlə də məşğul olmaqdan məhrum olmuşdur. Bildirmişdir ki, 2022-ci ilin avqust ayının axırlarında ailələrinə məxsus olan iribuynuzlu heyvanlar itmişdir. Həmin heyvanlar oğlu Tural İsmayılov tərəfindən nə qədər axtarılsa da tapılmamışdır. Heyvanların oğurlanmasından şübhələnərək o, Azərbaycan Respublikası DİN-nin “102” qaynar xəttinə zəng edib şikayət etmişdir. Bir müddət sonra heyvanlar özləri çıxıb gəldiyindən onların oğurlanması ilə bağlı şübhələri əsassız olmuşdur. Göstərmişdir ki, onlara məxsus ev heyvanları hər gün oğlu Tural İsmayılov tərəfindən örüşə aparılaraq otarıldığından onun sahibsiz qalması onun iradəsinin ziddinə baş vermişdir. Heyvanlar da çıxıb gəldiyindən artıq hesab etmişdir ki, məsələ sona çatıb. Lakin aradan iki ay keçdikdən sonra ona Şəki rayonu üzrə icra və Probasiya şöbəsinə gəlməyi barədə çağırış gəlmişdir. Nəyə görə Şəki rayonu üzrə icra və Probasiya şöbəsinə çağırıldığı barədə maraqlandıqda ona məlum olmuşdur ki, həmin vaxt heyvanların sahibsiz buraxılması səbəbindən Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X16 tərəfindən 12 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərar tərtib edilmiş, həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra barəsində qəbul edilmiş qərarın ona göndərilməsi ilə bağlı Şəki ŞRPŞ-nə müraciət etdikdə və qərarın surətini aldıqda ona məlum olmuşdur ki, həmin qərar onun Azərbaycan Respublikası DİN-nin “102” qaynar xətdinə zəng etdiyi tarixdən 15 gün əvvəl çıxarılmışdır. Hesab edir ki, onun barəsində həmin qərarın qəbul edilməsinə səbəb onun Azərbaycan Respublikası DİN-nin “102” qaynar xətdinə zəng etməyi olmuşdur. Çünki sözügedən qərar 12 avqust 2022-ci il tarixdə çıxarılsa da, qərar onun Azərbaycan Respublikası DİN “102” qaynar xəttinə müraciət etdiyi tarixdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə barəsində tərtib edilmiş MA ******* saylı inzibati tənbeh verilmə haqqında qərar Şəki ŞRPŞ-nin İB-nin sahə rəisi X16 tərəfindən 12 avqust 2022-ci il tarixdə qəbul edilsə də, Şəki ŞRPŞ-nin rəisi Azər Muradov tərəfindən ona ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli, 189-29078-1222 nömrəli məktubda onun xx.xx.2022-ci il tarixdə ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edildiyi qeyd edilmişdir. Göstərmişdir ki, iflic olmaqla öz hərkətlərini tənzimləyə bilmir, kənar qulluğa ehtiyacı olduğu üçün ona baxıcı da təyin olunmuşdur. Lakin inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, güya o 9 baş iri-buynuzlu malları saxlama qaydasını pozmuşdur. Halbuki, o heç özünü saxlaya bilmir, onun özünü saxlayırlar. O, nə yeriyə, nə də hərəkət edə bilmir, 7 ildir iflic xəstəsidir. Məhkəməyə belə yaxın qohumu tərəfindən bir təhər gətirilmişdir. Həmin heyvanların saxlanılması, onlara nəzarət edilməsi, qidalandırılması onun imkanları xaricindədir. Bildirmişdir ki, həmin iribuynuzlu heyvanları onun həyat yoldaşı X3. Göründüyü kimi onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Həmin qərar əsassız olaraq qəbul edilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X16 tərəfindən tərtib edilmiş 12 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ev heyvanlarının saxlanması qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X16 tərəfindən qəbul edilmiş 12 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X10 ev heyvanlarının saxlanması qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsinə əsasən 200 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 12 avqust 2022-ci il tarixli raportun təsdiq edilmiş surətindən görünür ki, 12 avqust 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayan X5, X12 və X7 ev heyvanlarının saxlanması qaydalarını pozmaları aşkar edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən X9 ünvanlanmış 22 avqust 2022-ci il tarixli, 189-25063-1222 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə özünə məxsus olan iribuynuzlu hüyvanları nəzarətsiz qoyaraq ev heyvanlarının saxlanması qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 200 manat məbləğində cərimə edilməsi bildirilmişdir. İşdə olan Şəki ŞRPŞ tərəfindən X9 ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli, 189- 29078-1222 nömrəli məktubdan görünür ki, onun xx.xx.2022-ci il tarixdə DİN-102 xidmətindən Şəki ŞRPŞ-nə daxil olmuş müraciəti Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən araşdırılmış və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 290.1.1-ci maddəsilə ******* nömrəli protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan 25 sentyabr 2018-ci il tarixli 012097 nömrəli vəsiqənin surətindən görünür ki, X10 ümumi xəstəlik səbəbli İ qrup əlildir. İşdə olan Şəki şəhər İHB-nin Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, 536 saylı arayışdan görünür ki, X4 rayonu Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 30 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı X13, oğlu X6 ibarətdir. İşdə olan eleketron informasiya sistemində çıxarılmış 18 noyabr 2022-ci il tarixli məlumatlardan görünür ki, X10 ümumi xəstəlik səbəbli İ qrup əlilliyə görə 130 manat, ƏG İİ qrup xəstəliyə görə 261 manat sosial yardım alır. Məhkəmə X1 izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi X2 7 ildir ki, İ qrup əlil olmaqla iflic xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən o, hərəkət edə bilmir. Belə olan halda X7 iribuyuzlu heyvan saxlaması inandırıcı deyildir. Məhkəmə iclasında X2 onlara məxsus olan heyvanlara özünün yox, həyat yoldaşı X8 baxdığını bildirmişdir. Buna görə də, məhkəmə belə hesab edir ki, X7 Azərbaycan Respublikası İXm-nin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi mümkün deyildir. X7 iflic xəstəsi olması, onun çətin hərəkət etməsi məhkəmə iclası zamanı da müşahidə edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi il təqsirli bilinərək 200 manat inzabiti cərimə edilməsinə dair Şəki ŞRPŞ-nin 12 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi il təqsirli bilinərəkm 200 manat inzabiti cərimə edilməsinə dair Şəki ŞRPŞ-nin 12 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-757/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-757/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver