Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-758/2022 05.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, 26 avqust 1977-ci il tarixində Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-6507/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahdan 12 mart 2004-cü il tarixdə anadan olmuş X7 və 05 aprel 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment alınaraq X6 verilməlidir. Alimentin tutulmasının əvvəli 18 oktyabr 2017ci il tarixdən hesablanmalıdır. Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-6507/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahdan 12 mart 2004-cü il tarixdə anadan olmuş X7 və 05 aprel 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment alınaraq X6 verilməlidir. Alimentin tutulmasının əvvəli 18 oktyabr 2017-ci il tarixdən hesablanmalıdır. Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bildirmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs aliment borcunu tam ödəməkdən boyun qaçıraraq tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün, eyni zamanda çağırış üzrə icra və probasiya şöbəsinə gəlmədiyi üçün borclu barəsində xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, ümumilikdə üç dəfə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə borclu X12 Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmiş, borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə aliment pulunun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatlarında borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. İcra sənədi üzrə borclu icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən qəsdən boyun qaçırdığına görə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(075)-395/2021 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu inzibati tənbehdən sonra izahatında borc məbləğini hər ay hissəhissə olmaqla ödəyə biləcəyini bildirmiş, bunun üçün vaxt istəmiş, lakin bu günədək az miqdarda ödənişlər edərək bununla kifayətlənmişdir. Görülən icra tədbirləri nəticəsində borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclunun barəsində növbəti dəfə xx.xx.2022-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində borclu Şəki Şəhər- Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclu icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borc məbləğindən hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. İcra sənədi üzrə tələbkar X14 rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək hazırda 5540 manat aliment borcunun yığıldığını bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazırda borclunun 5540 manat məbləğində aliment borcu mövcuddur. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Bildirmişdir ki, borclu Şəxs əvvəllər şəkərli diabet xəstəsi olduğu üçün İİ qrup əlilliyə görə sosial müavinat almışdır. Lakin sonradan onun sosial ödənişini kəsmişlər. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla xx.xx.2022-ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmiş və sonra 15:30-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-6507/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahdan 12 mart 2004-cü il tarixdə anadan olmuş X7 və 05 aprel 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment alınaraq X6 verilməlidir. Alimentin tutulmasının əvvəli 18 oktyabr 2017-ci il tarixdən hesablanmalıdır. Həmçinin ondan 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən borcunu tam ödəyə bilməmişdir. Bildirmişdir ki, o, uzun müddətdir ki, işsizdir. İmkanı olan vaxtlarda hər ay 100 manat aliment ödəmişdir. Halhazırda heç bir yerdə işləmir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün hər-hansı fiziki işlə də məşğul ola bilmir. Əvvəllər şəkərli diabet xəstəsi olduğu üçün İİ qrup əlilliyinə görə ona aylıq sosial müavinat verilmişdir. Lakin sonradan sosial müavinatı kəsilmişdir. Hərdən bir iş olanda fəhləlik edir. Onun aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. İş olan zaman fəhlə kimi işləyib borcunu hissə-hissə ödəyəcəkdir. Göstərmişdir ki, o, daimi olaraq Bakı şəhərində kirayə yaşayır. İl ərzində bir, iki dəfə Şəki şəhərinə gəlib gedir. Onun icra məmuru tərəfindən qəbul edilmiş axtarış qərarından xəbəri olmuşdur, bu barədə qardaşı Ramin Hümmətova da məlumat verilmişdir. Lakin şəkərli diabet xəstəsi olduğu üçün icra məmurunun çağırışlarına gələ bilməmişdir. Bundan başqa o, aliment borcunu ödəmədiyinə görə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, borclu qərəzli olaraq aliment borcunu ödəmir. Uşaqlarının saxlanılmasında çətinlik çəkir. Borclunun aliment ödəmək üçün imkanı var, lakin özü qərəzli olaraq onu icra etmir. Alimentin icra edilməsini məhkəmədən xahiş edir. Borclunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF-nin PHŞ 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, Şəki şəhəri Bağbanlar küçəsi, ev 16/3-də qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Şəxs halhazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Şəki-Zaqatala regional filialından heç bir növ sosial müavinət və təqaüd almır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 05 noyabr 2022ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 05 noyabr 2022-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 05 noyabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 05 noyabr 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-758/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-758/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver