Məhkəmə qərarları › İş №3(075)-76/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-76/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-76/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağababayev Səxavət Məmməd oğlunun katibliyi, X1, Protokolundan şikayət verilmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X3 iştirakları ilə X1 Şəki ŞRPŞ-nin DYPB-nin 29 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən 16 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokolun və 29 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı qərarın ləğv edilməsi, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, 15 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində özünə məxsus olan **-VP-*** dövlət nömrə nişanlı, “TAYOTA PRİUS” markalı avtomobillə Şəki şəhəri, B.Vahabzadə küçəsi ilə hərəkətdə olarkən Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X7 əsasız olaraq onun idarə etdiyi avtomobilə dayanma işarəsi vermişdir. O, da yol polisi əməkdaşının göstərişlərini nəzərə alaraq maşını yolun kənarına verib saxlamışdır. Bu zaman Şəki ŞRPŞ-nin DYPB-nin YPXnin baş inspektoru polis leytenantı X7 ona yaxınlaşaraq yolayrıcını keçmə qaydasını pozduğunu bildirərək onun barəsində inzibati xəta haqqında 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsasında o, 60 manat məbləğində cərimə edilmişdir. Halbuki, o, həmin vaxt hər hansı bir qayda pozuntusuna yol verməmişdir. Belə ki, o, həmin vaxt yol ayrıcında dönmə əməliyyatı apararkən qarşıdan gələn avtomobillə onun avtomobili arasında kifayət qədər məsafə olmuş və o, dönmə əməliyyatı apararkən təhlükəli vəziyyət yaratmamışdır. Həmçinin, qarşı tərəfdən gələn avtomaşınla onun avtomaşını arasında məsafənin böyüklüyü nəzərə alınaraq onun apardığı dönmə əməliyyatı qayda pozuntusu kimi qiymətləndirilə bilməz. Həqiqətən də onun barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Hesab edir ki, şikayəti əsaslıdır və şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X7 izahatında göstərdi ki, o, 15 yanvar 2021-ci il tarixdə Şəki şəhəri ərazisində xidmətdə olmuşdur. Xidmətdə olarkən, saat 15:01 radələrində **- VP-*** dövlət nömrə nişanlı, “TAYOTA PRİUS” markalı avtomobilin sürücüsü Şəki şəhəri, B.Vahabzadə küçəsi ilə hərəkətdə olarkən qarşıdan gələn avtomobilə yol vermədən, təhlükəli vəziyyət yaradaraq yolayrıcını keçmə qaydasını pozmuşdur. Buna görə də yolayrıcını keçmə qaydasını pozduğuna görə X4 barəsində Azərbaycan Respublikası İXMnin 372.2-ci maddəsi ilə 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra qeyd edilən protokol əsasında qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsi ilə təqsirli bilərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, X4 barəsində tərtib etdiyi 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokol və onun əsasında çıxarılmış 29 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Həmçinin, X4 etdiyi qayda pozuntusu yol patrul xidməti avtomobilinə quraşdırılmış kamera görüntüləri ilə də öz təsdiqini tapmışdır. Odur ki, əsassız olduğuna görə X1 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X7 tərəfindən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 15 yanvar 2021-ci il tarixdə, saat 15:01 radələrində özünə məxsus olan **-VP-*** dövlət nömrə nişanlı, “TAYOTA PRİUS” markalı avtomobillə Şəki şəhəri, B.Vahabzadə küçəsi ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozduğu müəyyən edilmiş, buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 29 yanvar 2021-ci il tarixli, İQ-3728283 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 15 yanvar 2021-ci il tarixdə, saat 15:01 radələrində özünə məxsus olan **-VP-*** dövlət nömrə nişanlı, “TAYOTA PRİUS” markalı avtomobillə Şəki şəhəri, B.Vahabzadə küçəsi ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozduğuna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçi X4 şikayəti ilə bağlı tərəflərin izahatlarını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçi X4 şikayəti əsaslı deyildir və buna görə də onun şikayəti təmin edilməməlidir. X12 Azərbaycan Respublikası Qanununun 2-ci maddəinə əsasən X12 Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 36-cı maddəsinin birinci bəndinin birinci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. X12 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Göründüyü kimi şikayətçi X8 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Əksinə, Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişə məhkəmə iclasında baxış zamanı şikayətçi X4 15 yanvar 2021-ci il tarixdə, saat 15:01 radələrində idarə etdiyi **-VP-*** dövlət nömrə nişanlı, “TAYOTA PRİUS” markalı nəqliyyat vasitəsi ilə işıqforla nizamlanan və keçmənin növbəliliyi isə qaydalarda göstərilməyən yol ayrıcında, yəni Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yolayrıcında dönmə qaydasını pozaraq, onunla hərəkət trayektoriyası kəsişən, hərəkət üstünlüyü təşkil edən və sağ tərəfdən hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən öz hərəkətini davam etdirdiyi və bununla da onun hərəkətin digər iştirakçısı üçün maneə yaratmaqla yolayrıcını keçmə qaydalarını pozduğu müəyyən edildi. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, X2 şikayət ərizəsində ləğv edilməsini tələb etdiyi inzibati xəta haqqında İXP-3728283 saylı protokolun tarixini 16 yanvar 2021-ci il tarixi kimi göstərsə də, tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatları ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlərlə İXP-3728283 saylı inzibati xəta haqqında protokolun 15 yanvar 2021-ci il tarixdə tərtib edildiyi, X1 da məhz həmin tarixli inzibati xəta haqqında protokolu mübahisələndirdiyi müəyyən edildi. Buna görə də məhkəmə X1 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokolu mübahisələndirdiyini qəbul edir. Göstərilən əsaslarla məhkəmə X4 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokolun və 29 yanvar 2021-ci il tarixli, İQ-3728283 saylı qərarın ləğv edilməsi, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: X1 15 yanvar 2021-ci il tarixli, İXP-3728283 saylı inzibati xəta haqqında protokolun və 29 yanvar 2021-ci il tarixli, İQ-3728283 saylı qərarın ləğv edilməsi, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması barədə ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-76/2021 15 fevral 2021-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 3 (075)-76/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-76/2021 15 fevral 2021-ci il X6 (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 4/8) Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 3 (075)-76/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar