Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-760/2023 15.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhmən oğlunun və onun müdafiəçisi X1 iştirakları ilə 19 avqust 1979-cu il tarixdə Kəlbəcər rayonu, Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Kəlbəcər rayonu, Ağcakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bəhman oğlu 08 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində Şəki rayonu Yeni Çələbixan qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evdə döymüşdür. Şəxs Bəhman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 08 iyun 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zaminində Şəki rayonu, Yeni Çələbixan ünvanda Şəxs Bəhman oğlu sol bazunun və qalça darağının qançırları xəsarəti yetirməklə anası Zərərçəkmiş şəxs döymüşdür. Faktla əlaqədar aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs Bəhman oğlu xx.xx.2022-ci il tarixdə yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zəminində sinəsindən yumruq vurmaqla arxaya itələmiş, həmçinin sifət nahiyəsindən şillə vurmaqla ona fiziki ağrı yetirmişdir. Beləliklə, Şəxs Bəhman oğlu bu əməli ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Toplanmış material üzrə tərəfindən 24 iyul 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin onun əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlu məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı Tofiq İsgəndərovun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs heç bir əsas olmadan dəfələrlə onunla və onun ailəsi ilə mübahisələr etmişdir. Buna görə də onun yaşadığı ünvana heç biri getmir. Saat 12 radələrində işdən çıxıb qardaşı Tofiqin yaşadığı ünvana ona olan ət borcunu vermək üçün getmişdir. Tünzalədən evdə Tofiqin olub-olmamasını maraqlandıqda Tofiqin işdə olduğunu bildirmişdir. O da olduğu yerdən biraz irəli gəlib, Tofiqə zəng edərək ətlə bağlı 30 manat pulu vermək istədiyini bildirmişdir. Tofiq pulu Musanın oğlu Yusifə verməyini bildirmişdir. Sonra Tünzalə evdən küçəyə çıxmış, keçmişdə ailələrində mübahisə olan zaman Tofiqdən Tünzalə ilə ayrılmasını bildirdiyindən sonuncu həmin söhbəti deyib, nalayiq ifadələrlə onu təhqir etdiyindən aralarında sözlə mübahisə olmuşdur. Bundan başqa ona qarşı hər hansı formada fiziki təmas göstərməmişdir. Həmin vaxt Tünzaləni vurması ilə bağlı söylədikləri yalandır. O, Tünzalə ilə barışmaq istəsə də, sonuncu buna razı olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlunun vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X2 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2013-cü ildə Tofiq İsgəndərov ilə ailə həyatı qurmuşdur. Tofiq İsgəndərovun bacıları və qardaşları onunla dəfələrlə mübahisə etmiş və onlardan biri olmadığını deyərək onu daim təhqir etmişlər. xx.xx.2023-cü il tarixində saat 13 radələrində yaşadığı ünvanda olan zaman Tofiqin qardaşı Musa evin həyətinə daxil olaraq Tofiqin işdə olub-olamamasını soruşmuşdur. O, Tofiqin işdə olduğunu dedik də isə Musa birdən birə «sənin kimi arvadı saxlayarlarmı » deyərək nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra aralarında mübahisə yarandığından sonuncu üzərinə gəlib qolundan dartaraq itələyib yerə yıxmışdır. Musa onu öldürəcəyi və kəsəcəyi barədə hədə qorxu gəlmiş, lakin əlində bıçaq olmamışdır. O polisə zəng edəcəyini dediyi anda Musa onu orada qoyub qaçıb çıxıb getmişdir. Yola çıxdıqda isə Tofiqin bacıları, Firəngiz və Zərniyar, Lətifə və Məhəmmədin də olduğu tərəfə doğru gəlib lakin Musanın Tünzalənin polis çağıracağını dedikdə uzaqlaşdıqlarını görmüşdür. Halhazırda Musadan şikayətçidir. Onun törətdiyi əmələ görə cəzalandırılmasını xahiş etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, HK- 1/912 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 251 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun və qalça darağının qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisana edilmiş müddəti qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-dən daxil olmuş materialla Şəxs Bəhman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Bəhman oğlunun məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə izahatı həqiqətə uyğun olmamaqla, məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Məhkəmə Şəxs Bəhman oğlunun izahatına tənqidi yanaşır və işdə olan digər sübutlarla təkzib edildiyindən onu mötəbər sübut kimi qiymətləndirmir. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhman oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, əvvəllər inzibati xəta törətməsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs Bəhman oğluna tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 15 avqust 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 avqust 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-760/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-760/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver