Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-761/2023 05.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə X1 Bakı şəhər DYPİ YPX inspektoru, polis baş X4 tərəfindən barəsində qəbul edilmiş 10 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ YPX inspektoru, polis baş X4 tərəfindən barəsində qəbul edilmiş 10 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, X2 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Baş X14 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:20 radələrində etibarnamə əsasında idarə etdiyi "Kia Rio" minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Azadlıq prospektində hərəkətdə olduğu zaman Cəfərxandan küçəsi ilə Azadlıq prospekti 163-ün kəsişməsində yol ayrıcını işıqforun yaşıl işığında keçdiyi halda Bakı şəhər DYPİ inspektoru X5 işarəsi vermiş və o da avtomobili saxlamışdır. Saxlanma səbəbini soruşduqda işıqforun qırmızı işığında keçdiyini bildirmişdir. O etiraz etmiş, lakin Yol Patrul Xidməti İnspektoru Polis Baş X4 barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Bu səbəbdəndə protokolla razılaşmamış və onu imzalamaqdan imtina etmişdir. O, hazırda Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis Baş X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından narazı olduğundan şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati icraata xitam verilməlidir. Əvvəlki məhkəmə iclasında X7 izahat verərək göstərmişdir ki, o, Bakı şəhərində “Kia Rio" minik markalı **-BR-*** dövlət nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmış güya işıqforun qırmızı işığında keçdiyi bildirilmişdir. O, heç bir pozuntu etməmişdir. Onun barəsində protokol əsassız yazılmışdır. Çünki, o, həmin vaxt yol hərəkət qaydasını pozmamışdır. O, həmin inzibati xətanı törətməmişdir. YPX-nin əməkdaşlarından videogörüntünü təqdim etmələrini tələb etsə də, onlar videogörüntünü təqdim etməkdən imtina etmişlər. Onun belə bir inzibati xəta törətməsini, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs sübut etməlidir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 10 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhər DYPİ YPX inspektoru, polis baş X4 tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X7 10 avqust 2023-cü il tarixdə, saat 09:19 radələrində Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Bakı şəhər DYPİ YPX inspektoru, polis baş X4 tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. X3 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X6 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhər DYPİ YPX inspektoru, polis baş X4 tərəfindən qəbul olunmuş 10 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Bakı şəhər DYPİ YPX inspektoru, polis baş X4 tərəfindən qəbul olunmuş 10 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-761/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-761/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver