Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-763/2022 22.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, xx xxxxxx 1961-ci il tarixdə Əskəran rayonu, Xocalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki rayonu, Yeni çələbixan qəsəbəsində yaşayan (mob. ***-***-**-**) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Şəki rayonu Öryət kəndi ərazisində yaşadığı bostanlıq sahədə bitmiş tərkibində narkotik maddələr olan yabanı halda bitmiş bitkilərin məhv edilməsi üzrə tədbirlər görməmiş və beləliklə də o, Azərbaycan Respublikası İXMnin 209-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X2 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki ŞRPŞ-də verdiyi izahatında göstərmişdir ki, o, məcburi köçkün olmaqla, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində yaşayır. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus olan Şəki rayonu, Öyrət kəndi ərazisində yerləşən bostanda 02 ədəd, 2.9 metr yabanı çətənə kollarının olması ilə bağlı Şəki ŞRPŞ-də araşdırma aparılmışdır. Qeyd edilən araşdırmanın nəticəsi barədə qərar ona təqdim olunmuş, o, həmin qərarla tanış olmuşdur. Həmin qərardan heç bir şikayəti yoxdur. İş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ona məxsus olan Şəki rayonu, Öyrət kəndi ərazisində yerləşən bostanda 02 ədəd, 2.9 metr yabanı çətənə kollarının olmasını etiraf etmiş, həmçinin həmin çətənə kollarının olması ilə bağlı Şəki ŞRPŞ-də araşdırma aparıldığını və qeyd edilən araşdırmanın nəticəsi barədə qərarın ona təqdim olunduğunu, onun həmin qərarla tanış olduğunu izahatında təsdiq etmişdir. İşdə olan 07 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 209-cu maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, inzibati araşdırmanın aparılması haqqında 03 noyabr 2022-ci il tarixli qərardaddan görünür ki, qərarın icrası ilə əlaqədar Şəxs yerinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 209cu maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi üçün xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, HK-1/1286 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs оğlunun barəsində İXM-nin 209-cu maddəsi ilə inzibati tənbeh tədbirir tətbiq edilməsi üçün qərarın surətinin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara aınmışdır. İşdə olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bildiriş göndərilməklə məhkəmə iclasının 22 noyabr 2022-ci il tarixdə, saat 14:30-da Şəki Rayon Məhkəməsinin 9 nömrəli iclas zalında keçiriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsinə əsasən yerli özünü idarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, Şəxs Şəki rayonu Öryət kəndi ərazisində yaşadığı bostanlıq sahədə bitmiş tərkibində narkotik maddələr olan yabanı halda bitmiş bitkilərin məhv edilməsi üzrə tədbirlər görməmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 209-cu maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 209-cu maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-763/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-763/2022
22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver