Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-765/2022 08.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 DİN Bakı Şəhər 40-cı Polis Bölməsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokola və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq DİN Bakı Şəhər 40-cı Polis Bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizə təqdim edərək, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokoldan və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə X1 ərizəsini nəzərə alaraq hesab edir ki, X1 DİN Bakı Şəhər 40-cı Polis Bölməsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokola və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 DİN Bakı Şəhər 40-cı Polis Bölməsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokola və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-765/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-765/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver