Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-768/2025 25.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, Səmədova Gülsüm Nəsir qızının katibliyi ilə, xx.xx.1959-cu il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, FİN: xxxxxxx Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, Böyük Dəhnə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xüsusi icazə olmadan mülki silahı və ya onun döyüş sursatını qanunsuz olaraq saxlamaqla inzibati xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Şəki ŞRPŞ-nə verdiyi izahatından görünür ki, atası vəfat edəndən sonra ondan təklülə ov tüfəngi yadigar qalmışdır. Həmin tüfəngi yaşadığı ünvanda saxlamışdır. Tüfəngin sənədi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/44 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, evində saxladığı 01 ədəd 16 kalibrli olan “İJ” markalı nömrəsi silinmiş olan təklülə ov tüfəngi DİN-in X1 Baş İdarəsinin silah anbarına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 17/123 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “ИЖ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı təklüləli yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hüquqazidd əməli Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan “ИЖ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı təklüləli yivsiz odlu ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-768/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-768/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver