Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-770/2022 24.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə aparılmış və bölmədə ona bildirmişlər ki, Bakı Beynəlxalq Avtovağzalında yüksək səslə adam çağırdığına görə inzibati xəta törətmişdir. Daha sonra onun barəsində 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, əsassız hesab etdiyindən həmin protokolu imzalamamışdır. O, İİ-ci Qarabağ Müharibəsi veteranıdır. Haçbir yerdə işləmir. Onun aylıq gəliri müharibə veteranı olması ilə bağlı dövlət tərəfindən ona verilən 80 manatdan ibarətdir. Məhkəmə iclasında şikayətçi X6 ərizəyə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 17 iyun 2022-ci il tarixdə Bakı şəhərindən Şəki şəhərinə yük göndərmək üçün Bakı Beynəlxalq Avtovağzalında olan zaman polis əməkdaşları ona yaxınlaşmış, onun yüksək səslə adam çağırdığını bildirərək, onu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları onun müharibə veteranı olduğunu öyrəndikdən sonra ona bir neçə sənədə imza etdirərək gedə biləcəyini demişlər. Bir müddət sonra barəsində inzibati xəta haqqında qərar qəbul olunaraq inzibati cərimə olunduğunu bilmişdir. O, heç bir küçə ticarəti ilə məşğul olmur. Qarabağ muharibəsinin iştirakçısıdır, təltifləri var. Barəsində əsassız tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə, işə 40-cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərini pozduğundan 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən X4 ünvanlanmış 18 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində qanunsuz fəaliyyətlə məşğul olaraq törətdiyi inzibati xətaya görə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar təttib edilərək o, 80 manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X6 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 17 iyun 2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları X5 yüksək səslə adam çağırdığını iddia edərək sonuncunu polis bölməsinə aparmışlar. Şikayətə əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisinə ünvanlanmış raportda qeyd edilir ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında yüksək səslə adam çağıran şəxsə yaxınlaşdıqda, həmin şəxsin X6 olduğu müəyyən olunmuş və o, polis bölməsinə aparılmışdır. X2 barəsində qeyri qanuni adam çağırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə protokol tərtib edilmiş və həmin tarixdə X3 qeyri qanuni fəaliyyətlə məşğul olması əsası ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 80 manat məbləğində inzibati cərimə olunmasına dair qərar qəbul olunmuşdur. Göründüyü kimi X6 barəsində tərtib edilmiş protokolla müəyyən edilmiş inzibati xətanın mahiyyəti ilə onun barəsində tərtib edilmiş qərarla müəyyən edilmiş hallar birbirinə uyğun gəlmir. Belə ki, 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda X3 qanunsuz olaraq ucadan adam çağırması müəyyən edilsə də, qəbul edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun qeyri-qanuni fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 heç bir qanunsuz küçə ticarəti ilə məşğul olmadığını bidirmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə bunda dair sübutları təqdim etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə heç bir sübut növü təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi hazırkı işdə X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərinin pozulmasını sübuta yetmir. Ona görə də, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən X3 barəsində tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən X3 barəsində tərtib edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 17 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-770/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-770/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver