Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-772/2023 29.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şəki Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli, EQ 12029905 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən 10 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli, EQ 12029905 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələblərini pozduğuna görə 10 manat məbləğdə cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs EQ 12029905 nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə məbləğini 3 ay müddətində ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli protokola dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən (köhnə redaksiyada) inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından müəyyən olunur ki, Şəxs, 05 noyabr 2022-ci il tarixli, EQ 12029905 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə cərimə məbləğini ödəməmiş, lakin onun barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol, inzibati xəta hadisəsi törədildiyi vaxtdan 3 aydan artıq müddət keçdikdən sonra, yəni 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, 05 noyabr 2022-ci il tarixli, EQ 12029905 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 25 fevral 2023-cü il tarixədək cərimə məbləğini ödəmədiyinə görə, həmin tarixdən hesablanmaqla 3 ay müddətində Şəxs, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilərdi. Göründüyü kimi, protokol 25 fevral 2023-cü il tarixdən 6 ay 4 gündən sonra tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-772/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-772/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver