Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-773/2022 16.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1993-cü il tarixində Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, tikintidə işləyən, əlilliyi olmayan, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-12060 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs və X1 müştərək qaydada cəmi 9848,07 manat borc və 20 manat rüsum alınaraq tələbkar “Kapitalbank" ASC-nin hesabına ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-12060 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs və X1 müştərək qaydada cəmi 9848,07 manat borc və 20 manat rüsum alınaraq tələbkar “Kapitalbank" ASC-nin hesabına ödənilməlidir. Bildirmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlanılmış və İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən icra sənədi üzrə borcun ödənilməsi təmin edilməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Provasiya Şöbəsinə gəlmiş və həmin tarixdə borcludan İzahat alınmışdır. Borclu verdiyi izahatında hal-hazırda tikintidə fəhlə işlədiyini və ayda 750 manat əmək haqqı aldığın bildirmişdir. Borcludan hər hansı ödəniş edə biləcəyi sorulmuş, borclu isə hal-hazırda 50 manat ödəniş edə biləcəyini bildirmişdir. Həmçinin o, sözügedən borc məbləğindən hər ay 50 manat ödəniş edə biləcəyini bildirmişdir. Bununlada keçən 6 il müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Borclu sözügedən borc məbləğindən keçən müddət ərzində cəmi 100 manat ödəniş etmişdir. Hazırda borclu Şəxs “Kapitalbank" ASC-yə olan borcu 8800 manat təşkil etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu xx.xx.2022-ci ildə saat 10:00-da İcra şöbəsinə gəlmiş və sonra 14:00da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-12060 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan və X1 müştərək qaydada cəmi 9848,07 manat borc və 20 manat rüsum alınaraq tələbkar “Kapitalbank" ASC-nin hesabına ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün borcundan ancaq 100 manat ödəniş edə bilmişdir. İcra sənədində göstərilən qalan borcunu tam ödəyə bilməmişdir. Bildirmişdir ki, o, hal-hazırda tikintidə fəhlə işləməklə gündəlik 25 manat olmaqla, aylıq 750 manat əmək haqqı alır. İcra sənədində göstərilən borcunu hər ay 50 manat ödəniş etməklə, 2 il ərzində ödəyə bilər. Əlavə olaraq bildirmişdir ki, axtarışda olduğunu anasından öyrəndiyi üçün xx.xx.2022-ci il tarixdə 10:00da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Hazırda hər ay 50 manat ödəyə bilər. Ona vaxt verilməsini, bankla danışıqlar aparılmasını istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 16 noyabr 2022-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil omuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 16 noyabr 2022-ci il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 16 noyabr 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 16 noyabr 2022-ci il tarixdə, saat 10:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-773/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-773/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver