Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-774/2022 02.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin nümayəndəsi miqrasiya xidməti müşaviri X10 iştirakları ilə, X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X3 izahatında göstərmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan X9 bir müddət əvvəl onara qonaq gəlmişdir. X9 05 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Bildirmişdir ki, o, 11 oktyabr 2022-ci il tarixdə Şəki regional “Asan Xidmət” Mərkəzinə gedərək X7 özünə məxsus Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata saldırmışdır. X9 bir müddət onlarda qalmış, lakin onların evində internet olmadığına görə sonradan bacısı oğlu Cəmilgilin Şəki şəhəri, M.Cəbrayılov küçəsi, 14 ünvanında yerləşən evlərinə getmişdir. O, həmin evdə həm qalmış, həm də işləmişdir. Hal-hazırda da X9 Şəki şəhəri, M.Cəbrayılov küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bildirmişdir ki, öz növbəsində o özü də RF-na Moskva şəhərinə getdikdə Alekseygilin və onun yaxın qohumlarının evlərində qalmışdır. Aleksey onun və bacısıgilin evindən başqa digər qohumlarına məxsus evdə də qalmışdır. Göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları X7 və onu idarəyə dəvət etmişdir. Onlar həmin idarəyə getdikləri zaman onlara bildirmişlər ki, X9 Azərbaycan Respublikasına gəldikdən sonra ünvan 1 ünvana getmiş və həmin ünvanda qeydiyyatsız yaşamış və yaşayır. Onlar həmin əməkdaşlara X6 Azərbaycan Respublikasında qeydiyyat ünvanının olduğunu bildirsələr də, onlara məhəl qoymamışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları ona bildirmişlər ki, X4 evindən çıxaraq başqa ünvanda qaldığı zaman bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməli imiş. Bundan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları onun barəsində 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və barəsində 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 577-ci maddəsinə əsasən 300 manat məbləğdə cərimə olunmuşdur. Hesab edir ki, həmin inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsassız olaraq tərtib olunmuşdur. Belə ki, onun törətmiş olduğu əməlin qanunsuz olmasından məlumatı olmamışdır. Hesab etmişdir ki, X9 təkcə onun ünvan 3 ünvanda yaşasa, problem olmaz. Həmçinin o, X9 öz evinə qeydiyyata saldırmağa gedən zaman ona bu haqda hər hansı məlumat verilməmişdir. Onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu əsassız olaraq 300 manat məbləğdə cərimə etmişlər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, şikayət ərizəsi əsaslıdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin nümayəndəsi miqrasiya xidməti müşaviri X14 izahat verərək göstərmişdir ki, X9 05 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarına daxil olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə isə X5 regional “Asan Xidmət” Mərkəzinə gələrək X7 Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 3 ünvanına qeydiyyata saldırmışdır. Bildirmişdir ki, sonradan 19 oktyabr 2022-ci il tarixdə məlum olmuşdur ki, X9 ünvan 4 ünvanda yaşamamaqla bir yerdən başqa yerə gedərkən qeydiyyat qaydalarını pozmuşdur. Belə ki, X9 Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 3 ünvanına qeydiyyata düşmüş, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinə məlumat vermədən qeydiyyatsız Şəki şəhəri, M.Cəbrayılov küçəsi, 14 ünvanında yaşamışdır. Bununla da X9 Azərbaycan Respublikası İXM-nin 575.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin X6 qeydiyyata düşdüyü Şəki şəhəri N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X2 Aleksey Anatolyeviçin həmin evdən çıxıb getdiyi zaman bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinə məlumat verməmişdir. Bununla da, X12 Azərbaycan Respublikası İXM-nin 577-ci maddəsinin tələblərini pozmuşdur. Daha sonra X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə protokol tərtib edilmiş və 300 manat məbləğində inzibati cərimə edilmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasında on beş gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq bildiriş verilir. Həmçinin əcnəbi vətəndaş Azərbaycan Respublikasında müvafiq ünvana qeydiyyata düşən zaman həmin həmin şəxsin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə bildiriş tərtib olunmuşdur. Həmin bildirişə əsasən vətəndaşa əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında olma və yaşama qaydalarını pozduğuna görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 575.1-ci və 575.2-ci maddələrinə əsasən inzibati məsuliyyət daşıması, qəbul edən tərəf əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə inzibati Xətalar Məcəlləsinin 575.3 və 577-ci maddələrinə əsasən inzibati məsuliyyət daşıması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmaları, qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilmələri, Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2 - 21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalı olmaları, həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınmasının tələb olunmaması bildirilmişdir. Hesab edir ki, həmin qərar qanunidir. Belə ki, Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidirlər, və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Bu qaydanı pozanlar inzibati məsuliyyətə cəlb olunurlar. Şikayəti əsassız hesab edir. Buna görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş görünür ki, Azərbaycan Respublikası vətəndaşı, 08359813 nömrəli şəxsiyyət vəsiqəsinə malik olan, 28 aprel 1959-cu il təvəllüdlü X12 əcnəbi vətəndaşı vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarması üçün tədbirlər görmədiyi üçün İXM-nin 577-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Şəxs yazılı izahatında qeydiyyata aldığı Rusiya Federasiya vətəndaşı X6 qeydiyyat ünvanında yaşamadığını bildirmişdir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X12 əcnəbi vətəndaşı vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarması üçün tədbirlər görmədiyi üçün İXM-nin 577-ci maddəsinə əsasən 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə bildirişin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 3 ünvanına qeydiyyata düşmüşdür. Həmçinin həmin bildirişə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında olma və yaşama qaydalarını pozduğuna görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 575.1-ci və 575.2-ci maddələrinə əsasən inzibati məsuliyyət daşıması, qəbul edən tərəf əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə inzibati Xətalar Məcəlləsinin 575.3 və 577-ci maddələrinə əsasən inzibati məsuliyyət daşıması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmaları, qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilmələri, Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2 21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalı olmaları, həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınmasının tələb olunmaması bildirilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən olduğu yer üzrə qeydiyyata alınmaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin Məcəlləsinin 21.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Həmin Məcəlləsinin 21.8-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Həmin Məcəlləsinin 21.9-cu maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2 - 21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokul əsasında qəbul edilmiş MN ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi ilə bağlı ərizəsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən X8 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla əcnəbi vətəndaşı vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarması üçün tədbirlər görməməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş X8 izhatından da görünür ki, o, Rusiya Federasiyasının vətəndaşı X6 Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 3 ünvanına qeydiyyata düşdüyünü, lakin ünvan 5 və həmin şəxsin hal-hazırda da həmin ünvanda yaşadığını etiraf etmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X8 barəsində İXM-nin 577-ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokul əsasında qəbul edilmiş MN ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 barəsində İXM-nin 577-ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin MN seriyalı, ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokul əsasında qəbul edilmiş MN ******* nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-774/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-774/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver