Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-778/2025 05.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Şəki ŞRPŞ-nin DYP bölməsi yol patrul xiddmətinin inspektoru X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi əsasında barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı prorokola görə qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi, 100 manat cərimə və 3 cərimə balının silinməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan Hyundai Elantra markalı, 55- BL-522 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqribən saat 18:15 radələrində Şəki şəhəri, M.F.Axundov prospekti ilə hərəkətdə olarkən 3 nəfər Şəki rayon X10 əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin əməkdaşlar ona M.F.Axundov prospekti ilə A.Məmmədov küçəsinin kəsişmə hissəsində yol keçidini düzgün keçmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib olunacağını bildirmişdirlər. Halbuki, tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Dərhal sonra isə onun 100 manat inzibati cərimə edilməyi barədə telefonuna SMS gəlmişdir. Qeyd olunan əməkdaşların tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə əsassız olmuş, eyni zamanda barəsində inzibati xəta üzrə icraatın aparılmasında və rəsmiləşdirilməsində qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan inzibati xəta haqqında icraata ümumiyyətlə xitam verilməlidir. DYP əməkdaşlarının barəsində inzibati icraat başlanılması və inzibati xəta haqqında protokol tərtib edərkən qeyd olunanlar sübut olunmadığından və normaların tələbinə əməl etmədiyindən icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati icraat başlanması üçün inzibati xəta hadisəsinin mövcudluğunu göstərən və inzibati xəta tərkibini sübut edəcək kifayət qədər əsaslar olmalı idi. Çünki qanunvericilikdə də inzibati məxsuliyyətə cəlb olunan şəxs kimi təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda inzibati xəta hadisəsinin mövcudluğunu göstərən və onun faktiki olaraq tərəfindən törədilməsini sübut etmək vəzifəsi DYP əməkdaşlarının üzərinə düşür. Tərəfindən xx.xx.2025-ci il tarixdə, saat təqribən 18:15 radələrində idarə etdiyi **-BL-*** dövlət nəqliyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla nəqliyyat vasitəsini idarə etməyini DYP əməkdaşları tərəfindən hansı şəraitdə aşkar etməsi qeyri-müəyyəndir və qeyri-müəyyənlik DYP əməkdaşı tərəfindən aydınlaşdırılmamışdır. Sürücünün hansı inzibati xətanı törətməsi iki halda müəyyən edilə bilər birincisi xüsusi texniki vasitənin kömkliyi ilə, ikincisi dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə. Bütün bunlar isə icra olunmamışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)- 778/2025 saylı qərarı ilə, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30962150 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsi qərara alınmışdır Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(3-10)-39/2026 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)- 778/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə işdən çıxdıqdan sonra M.F.Axundov küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi yerdə “STOP” işarəsinin tələblərinə əməl edərək avtomobilləri gözləmişdir. O, sağdan və soldan gələn bütün 14-15 avtomobilin keçməsini gözlədikdən sonra yolu keçmişdir. Bu vaxtı o, digər sürücülərin qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsinə zidd heç bir hərəkət etməmişdir. Əslində o, sola dönməli idi. Lakin bilmişdir ki, sola döndüyü halda 3 tərəfdə avtomobilləri gözləməli idi. Buna görə düz keçmişdir. 50-60 metr keçdikdən sonra işi ilə əlaqədar adayandıqda, polis əməkdaşları onu saxlayaraq, qayda pozduğunu bildirmişlər. O, protokola imza çəkməkdən imtina etdikdən bir az sonra telefonuna inzibati xətanı törətməsi ilə əlaqədar sms məlumat gəlmişdir. Deməli, bu xəta xüsusi vasitələrin köməyi ilə aşkarlayıblar. Halbuki, çəkiliş sol tərəfdən öz avtomobilləri ilə olmuşdur. Əgər cərimə xüsusi vasitələrlə aşkarlanıb, yazılmışdırsa, nə üçün onun arxasınca gəlib ona cərimə yazıldığını bildirmişlər. Bundan da başqa çəkiliş sol tərəfdən aparılmış, sol tərəfdə və ondan əks tərəfdə hərəkətdə olan avtomobil də yola daxil olur. Deməli, o da pozuntu törətmişdir. Niyə məhz onun barəsində protokol tərtib edilmişdir. Onun öz avtomobilinin də video reyestri var. Həmin videodan da görünür ki, o, qayda pozuntusu törətməmişdir. O, şikayətinin əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Şəki ŞRPŞ-nin DYP bölməsi yol patrul xidmətinin inspektoru X6 oğlu şikayətə etiraz edərək bildirmişdir ki, hadisə bilavasitə onun tərəfindən aşkarlanmışdır. Videogörüntü yol patrul xidməti avtomobilinə quraşdırılmış, dövlət tərəfindən təhkim edilmiş videoçəkən qurğu vasitəsi ilə çəkilmişdir. O, özü qarşısında baş verən qayda pozuntusunu vizual aşkar etmiş, qayda pozuntusu yolayrıcını keçmə qaydalarının pozulması olmuş, həmin şəxsdən sağ tərəfdə üstünlüyü müəyyən edilmiş yolda və körpünün üzərində olan avtomobilə yol verməmiş, videogörüntü də hər şey aşkar görünür, buna görə də şəxsə yaxınlaşaraq, qayda pozuntusu törətməsini bildirmişdir. Bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar nömrələnmiş blanklarda çap edilməzdən əvvəl informasiya sisteminə ötürülür, çap edildikdən dərhal sonra səlahiyyətli orqanın informasiya sistemində yerləşdirilir. Həmin video görüntüləri özündə əks etdirən disk məhkəməyə təqdim edilmişdir. Şikayət əsassızdır. Buna görə də qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. “Asanpay” ödəniş portalından çıxarışdan görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında qərar üzrə borc (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol cərimə artıq ödənildiyindən mövcud deyildir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 və Şəki ŞRPŞ-nin DYP bölməsi yol patrul xiddmətinin inspektoru X6 tərəfindən əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən disklərə məhkəmə iclasında baxış keçirilən zaman Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Şəki şəhəri A.Məmmədov küçəsi ilə hərəkətdə olan Hyundai Elantra minik markalı, 55- BL-522 dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcını keçmə qaydalarını açıq-aşkar pozaraq hərəkətini davam etdirmişdir. Video görüntüdə üstün yolda şəxsdən sağ tərəfdə hərəkətdə olan avtomobilin işıq əksinin düşdüyü, soldan gələn avtomobili də gözləmədən keçdiyi aşkar görünür. Məhkənin sorğusuna cavab olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol ilə aşkar edilmiş inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmədiyindən kalibrləmə sertifikatını və yoxlama nəticələrini təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsində V bənddə qeyd edilmişdir ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 51-ci maddəsinə əsasən İ. ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Azərbaycan Respublikası İXM–in 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəki ŞRPŞ-nin DYP bölməsinin vəzifəli şəxsi bilavasitə aşkarladığı inzibati xəta haqqında işə baxarkən, Azərbaycan Respublikası İXM–in tələblərinə əməl etmişdir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X1 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı deyil. Məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Şəki ŞRPŞ-nin DYP bölməsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Şəki ŞRPŞ-nin X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-778/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-778/2025
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver