Məhkəmə qərarları › İş №3(075)-78/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-78/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-78/2022 22.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, 01 yanvar 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qax rayonu, Qorağan kəndində yaşayan yaşayan X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X16 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 rayonu, Aşağı Göynük kəndində yerləşən, “Göynük petrol” sahibkarlıq obyektində 2m x 6m x 1 ədəd x 2 ədəd=24 kvadrat metr (ayrıca dayaqlı) və 0,40m x 3,66m x 2 ədəd=2,92 kvadrat metr, 0,50 m x 1,50m x 2 ədəd=1,5 kvadrat metr, 0,28m x 2,60m x 1 ədəd=0,73 kvadrat metr (fasad reklamı) ölçüdə reklamların icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün X16 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmişdir. Bundan başqa məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 istifadəsində olan 055 445-11-51 mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində SMS bildiriş göndərilmiş, həmçinin məhkəmə iclas katibi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 mobil nömrəsi vasitəsi ilə əlaqə saxlanılaraq ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. X1 göndərilmiş məhkəmə bildirişi 16.02.2022-ci il tarixdə saat 15:18-də çatdırılmasına baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X5 rayonu, Aşağı Göynük kəndində yerləşən, “Göynük petrol” sahibkarlıq obyektində 2m x 6m x 1 ədəd x 2 ədəd=24 kvadrat metr (ayrıca dayaqlı) və 0,40m x 3,66m x 2 ədəd=2,92 kvadrat metr, 0,50 m x 1,50m x 2 ədəd=1,5 kvadrat metr, 0,28m x 2,60m x 1 ədəd=0,73 kvadrat metr (fasad reklamı) ölçüdə icazəsiz reklamlar yerləşdirmiş və yaymışdır. Bu barədə 12 yanvar 2022-ci il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur. Həmçinin 12 yanvar 2022-ci il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X16 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. X4 dövlət rüsumunu ödəməkdən boyun qaçırmışdır. X9, X16 İdarəsi ilə müqavilə bağlamamışdır. Buna görə də X9 barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə insibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X9 13 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 12 yanvar 2022-ci il tarixli aktdan görünür ki, X2 haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən, “Göynük Petrol” sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli, İMG 001752 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, X9 aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 rayonu, Aşağı Göynük kəndində yerləşən, “Göynük Petrol” sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli telefonoqramın surətindən görünür ki, X16 İdarəsinin Hüquq və Kadr şöbəsinin mütəxəssisi Elvin Kərimov tərəfindən idarənin hüquqşünasının istifadəsində olan ********** mobil nömrəsi vasitəsi ilə sahibkar X8 məxsus ********** mobil telefon nömrəsi ilə 31.01.2022-ci il tarixdə saat 15:52-də əlaqə saxlanılaraq barəsində 01.02.2022-ci il tarixdə, saat 10:00-da fəaliyyət göstərdiyi Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən, “Göynük Petrol” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, protokolun tərtib ediləcəyi yer və vaxt barəsində sahibkara məlumat verilmiş və göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, X6 qeyd olunan hərəkəti X16 İdarəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, X9 müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə X8 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X9 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar